Azərbaycan müstəqil xarici siyasət yürüdən bir ölkədir
23.12.2024 [17:21]
Dövlət başçısı İlham Əliyev müsahibəsində Azərbaycanın uğurlarına kölgə salmağa, rəsmi Bakının müstəqil siyasət yürütməsini gözü götürməyən və buna mane olmağa çalışan dairələrdən də söhbət açmışdır. Ölkəmizin yaxın-uzaq qonşuları ilə münasibətlərində üzərinə düşən öhdəlikləri yerinə yetirəcəklərini diqqətə çatdırmışdır. Artıq 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin imzalanmasından sonra dünyanın əsaslı şəkildə dəyişməsinə baxmayaraq, rəsmi Bakı şimal qonşusu ilə yüksək səviyyəli münasibətlərinin güclənməsinə kömək edən istənilən addımları dəstəkləyirdi. Prezident İlham Əliyev müsahibəsində bu məqama xüsusi toxunaraq vurğuladı ki, dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi Azərbaycan-Rusiya əməkdaşlığının xarakterinə və formasına təsir göstərmədi.
Dövlət başçımız Prezident cənab İlham Əliyev rusiyalı jurnalist Dmitri Kiselyova verdiyi müsahibədə güclü və müstəqil Azərbaycanın dövləti başçısı kimi bugünkü dünyada və yaxın regiondakı geosiyasi vəziyyətin, həmçinin yaxın və uzaq keçmişdəki siyasi hadisələrin dərin təhlilinə əsaslanaraq ölkəmizin gələcək mövqeyini ortaya qoymaq baxımından bir daha diqqətçəkən məqamlar ifadə etdi. Bu, ölkəmizin şimal qonşusu və sıx iqtisadi-mədəni əməkdaşlığı olmaqla yanaşı, həm də aralarında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanmış Rusiyanın gələcəkdə Azərbaycandan nə gözlədiyini bir daha bilmək baxımından da diqqəti cəlb edirdi. Rusiyalı jurnalistin “Azərbaycanla Rusiya arasında müttəfiqliyin nə demək olduğu?” – sualına dövlət başçımızın bir çox cəhətdən xarici siyasət prioritetləri üst-üstə düşən tarixən iki qonşu dövlətin müttəfiq olmasının da hər sahədə faydalı olacağını, Rusiyanı narahat edən məsələlərin eyni ilə Azərbaycan Respublikası üçün də aktual olduğunu bildirməsini burada xüsusilə qeyd etmək lazımdır.
Daha sonra Azərbaycanın öhdəliklərindən danışan Prezident bildirib ki, biz üzərimizə düşən bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması – “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir.
Azərbaycan Prezidenti xüsusilə diqqətə çatdırıb ki, Ermənistanın Makron hökuməti tərəfindən öldürücü silahlarla təmin edilməsi ölkəmizin təhlükəsizliyinə ciddi təhdid yaradır. Eyni zamanda, ABŞ və Hindistanın Ermənistana hərbi dəstəyi regionda gərginliyi artıran amillər kimi diqqətə çatdırılır. Bu cür təhdidlər fonunda Azərbaycanın Ermənistanla sərhəd boyunca yerləşən bölgələrdə məskunlaşan keçmiş köçkünlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməsi qaçılmazdır. Sərhədin miqyasını və bölgənin strateji əhəmiyyətini nəzərə alaraq Azərbaycan üçün təhlükəsizlik məsələləri prioritet olaraq qalır.
Fransanın və digər anti-Azərbaycan siyasət yürüdən qüvvələrin Ermənistanı silahlandırması və ona siyasi dəstək verməsi vaxt itkisindən başqa bir iş deyil. Fransa kimi dövlətlər Cənubi Qafqaza nə qədər əl uzatsalar da, Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq arenada günü-gündən artan nüfuzu onu deməyə əsas verir ki, bu regionda marağı olan güclər mütləq Azərbaycanla hesablaşmalıdır
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51

