Uzunmüddətli və dərin strateji tərəfdaşlığın əsası
17.02.2025 [17:26]
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədr
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən uğurlu istiqamətlərindən biri ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, bütün dünyada Azərbaycanın dostlarının sayının artmasıdır. Müasir dövrümüzün reallıqları dövlətlər qarşısında özünütəcridi deyil , əksinə, fəal əməkdaşlıq, xoş münasibətlər,sıx əlaqələrin qurulması zərurətini aktuallaşdırır.Azərbaycan qlobal dünyamızın reallıqlarına ən adekvat şəkildə davranan dövlətlərdəndir. Respublikamızın uzun illər ərzində beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş imici, başqa dövlətlərin Azərbaycana və şəxsən ölkəmizin rəhbərinə yüksək inamı xarici əlaqələrdə mövqeyimizi gücləndirir. Ona gərə də bu gün ölkəmizlə əlaqələri inkişaf etdirmək istəyən dövlətlərin sayı artmaqdadır.
Fevralın 11-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ölkəmizə səfərə gəldi. Bu, münasibətlərimiz tarixində ilk rəsmi səfər olduğundan qarşılıqlı əlaqələrimizin inkişaf etdirilməsi yolunda xüsusi önəmə malikdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu. Belə ki, fevralın 12-də Bakıda Azərbaycan və Somali arasında yalnız siyasi və iqtisadi deyil, həm də təhsil, müdafiə və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək sahələrini əhatə edərək iki ölkənin münasibətlərini daha da möhkəmləndirməyi hədəfləyən sənədlər imzalandı.
Bu kontekstdə Azərbaycan və Somali arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” yeni imkanlar açaraq, strateji tərəfdaşlıq üçün geniş perspektivlər vəd edir. Azərbaycan və Somali arasında diplomatik münasibətlər son illərdə inkişaf etsə də, təhsil sahəsində əməkdaşlıq geniş miqyas almamışdır. Bunun əsas səbəblərindən biri Somalinin siyasi və iqtisadi vəziyyətinin qeyri-sabit olmasıdır. Lakin Azərbaycan hökuməti təhsil sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyindən, Somali ilə bu sahədə əlaqələrin genişləndirilməsi prioritetlərdən birinə çevrilib. Hazırda bir sıra Somali vətəndaşları Azərbaycanın ali təhsil müəssisələrində təhsil alır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən təhsil proqramları, xüsusilə xarici tələbələr üçün ayrılmış təqaüdlər Somali vətəndaşlarının Azərbaycanda ali təhsil almasına imkan yaradır.
İki ölkə arasında müdafiə sahəsində də əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.Azərbaycan artıq müdafiə sənayesində güclü potensial yaradıb və bu təcrübəsini Somaliyə ötürməyə hazırdır. Bu sahədə birgə təlimlər, müdafiə avadanlıqlarının istehsalı və təchizatı iki ölkə arasındakı strateji tərəfdaşlığın güclənməsinə xidmət edəcək.
Təhsil, iqtisadiyyat, müdafiə və dövlət xidmətləri sahələrində əməkdaşlığın genişləndirilməsi, həm Azərbaycanın, həm də Somalinin inkişafına töhfə verəcək. Bu razılaşmalar yalnız mövcud əlaqələri gücləndirməklə kifayətlənməyəcək, həm də gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Hər iki ölkənin bir-birinə verdiyi dəstək və ortaq maraqları, bu münasibətlərin uzunmüddətli və davamlı olacağını göstərir. Bu sənədlər, iki ölkə arasında uzunmüddətli və dərin strateji tərəfdaşlığın əsasını təşkil edir.
Prezident İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda qeyd olunduğu kimi, “Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimiz daha yüksək səviyyəyə qalxacaq. Əlbəttə qeyd etmək yerinə düşər ki, hazırda ikitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir”. Azərbaycanın biliyə və elmi inkişafa verdiyi önəm, Somalinin gələcək nəsillərinin daha savadlı və peşəkar yetişməsinə töhfə verə bilər. Bu, həmçinin iki ölkə arasında dostluq və diplomatik əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaqdır.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

