YAP Nizami rayon təşkilatı könüllülərinin və gənclərinin yay məktəbi keçirilib
30.07.2025 [15:00]
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı könüllülərinin və gənclərinin yay məktəbi keçirilib. İyul ayının 24-dən start götürmüş yay məktəbinin iştirakçıları rayon təşkilatının sədri Ramil Vəlibəyov ilə görüşüb, bir həftə davam edəcək məktəbin proqramı və təlimatları ilə tanış olublar. Sonra yay məktəbinin iştirakçıları Zəfər abidəsini, “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri” Memorial Kompleksini və Nizami rayon Şəhidlər Xiyabanını ziyarət və şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Könüllülərin və gənclərin dünyagörüşünün zənginləşdirilməsi, asudə vaxtlarının səmərəli təşkili və onların maarifləndirilməsi məqsədilə təşkil olunan yay məktəbinin iştirakçıları Heydər Əliyev Mərkəzini, “Suraxanı” gəmi-muzeyini, “Siyasi repressiya qurbanları” muzeyini, Qobustan Milli Tarix-Bədii Qoruğunu, Palçıq Vulkanları Turizm Kompleksini, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunu ziyarət ediblər, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin, “Ulduz” şokolad fabrikinin, SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun fəaliyyəti ilə tanış olublar. Yay məktəbinin iştirakçılarının "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini, "Azərbaycan Respublikasının əməkdar artisti" Rafiq Həşimov və Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayev ilə görüşləri keçirilib, eləcə də onlar tanınmış aparıcı Jalə Həsənlinin “Natiqlik bacarıqları” və sosial media mütəxəssisi Rəsul Səlimzadənin “Süni intellekt və onun müasir həyatımıza təsiri” mövzularında təlimlərində iştirak ediblər.
Könüllülərin və gənclərin yay məktəbi çərçivəsində Şamaxı, Quba rayonlarına və Qarabağa səfərləri də təşkil edilib. Onlar Şamaxı rayonuna səfəri zamanı Şamaxı cümə məscidini, Şamaxı Astrofizika Rəsədxanasını ziyarət, Şamaxı Safari Parkında heyvanları seyr ediblər. Gənclər həmçinin Quba rayonunda Soyqırımı Memorial Kompleksini ziyarət ediblər, istedadların və bacarıqların nümayişi düşərgəsini salıblar. Qarabağa səfər zamanı isə yay məktəbi iştirakçıları Xankəndi şəhərində Zəfər meydanı və Qarabağ Universiteti ilə tanış olublar, Şuşa şəhərində Cıdır düzünü, Vaqifin məqbərəsini, Yuxarı Gövhərağa məscidini, güllələnmiş heykəlləri, Natəvanın evini, Şuşa qalasını və İsa bulağını ziyarət ediblər. Şuşa şəhərindən sonra yay məktəbinin iştirakçıları Laçın şəhərində də olublar. Yay məktəbi gənclərdə yüksək təəssürat formalaşdırıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

