/ / Tərtərlilər dövlətimizin iqtisadi inkişafının təməli olan Heydər Əliyev siyasətinə, bu siyasətin uğurlu davamçısı İlham Əliyevə səs verəcəklər
Tərtərlilər dövlətimizin iqtisadi inkişafının təməli olan Heydər Əliyev siyasətinə, bu siyasətin uğurlu davamçısı İlham Əliyevə səs verəcəklər
24.09.2013 [10:38]
Rayonun Qaraağacı,Qaradağlı, Əskipara və Qapanlı kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Tərtər rayonu üzrə seçki qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq seçicilərlə görüşlər davam edir. Bu istiqamətdə növbəti görüş rayonun Qaraağacı,Qaradağlı, Əskipara və Qapanlı kəndlərində keçirilib.
Seçki-təşviqat kampaniyası çərçivəsində keçirilən tədbirləri giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq ölkəmizin növbəti bir tarixi mərhələ ərəfəsində olduğunu deyib. Oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini bildirən Ramiz Şabanov bu seçkilərdə cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib.
Azərbaycanın son 20 ildə əsrlərə bərabər inkişaf yolu keçdiyini bildirən rayon təşkilatının sədri əsas diqqəti iqtisadi göstəricilərə yönəldib. Ramiz Şabanov deyib ki, ölkəmiz bu gün iqtisadi göstəriciləri ilə dünyanın diqqət və marağındadır: “Bu göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da özünü büruzə verir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar buna əyani sübutdur”.
Görüşlərdə çıxış edən millət vəkili Sahib Alıyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurların hər bir sahədə köklü dəyişikliklərlə müşahidə olunduğunu və bunun vətəndaşlarımızın həyatında öz əksini tapdığını bildirib: “Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Bütün bunları qeyd etməklə yanaşı inanıram ki, 9 oktyabrda da xalqımız doğru qərar qəbul edəcək və dövlətimizin iqtisadi inkişafının təməli olan Heydər Əliyev siyasətinə, bu siyasətin uğurlu davamçısı İlham Əliyevə səs verəcək”.
Seçicilər qarşısında çıxış edən YAP rayon təşkilatının Aparat rəhbəri Kamil Məmmədov cənab İlham Əliyevin təbliğatını aparmağın olduqca şərəfli və məsuliyyətli bir iş olduğunu söyləyib. Natiq deyib ki, Onun gördüyü işlər, atılan addımlar, ölkəmizə qazandırdığı nailiyyətlər hər kəs tərəfindən qəbul və etiraf olunur: “Cənab İlham Əliyev 10 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, dövlətini, millətini, xalqını çox sevir. Ona görə də, oktyabrın 9-da hər birimiz seçki məntəqələrinə gedərək Prezident İlham Əliyevə səs verəcəyik. Biz İlham Əliyevə səs verməklə, öz gələcəyimizə səs verəcəyik”.
Eyni zamanda, görüşlərdə Qaraağacı kənd sakinləri, Fərman Qurbanov, Şükür Əhmədov, Rəşad Qarayev, Qaradağlı kənd sakinləri, Yusif Salayev, Baxşeyiş Mehdiyev, Əskipara kənd sakinləri, Allahyar Allahverdiyev, Tapdıq Rüstəmov, Afət Cəfərova, Qapanlı kənd sakinləri, Məhərrəm Yusifov, Bəşarət Məmmədova çıxış edərək xalqın seçiminin artıq bəlli olduğunu bildiriblər. Çıxışlarda qeyd olunub ki, hazırda Azərbaycanın bütün rayonlarında, o cümlədən, Tərtərdə də böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır: “Bütün bu uğurların və inkişafın davam etməsi üçün isə biz tərtərlilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəyik”.
NADİR
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53

