Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında yığıncaqlar keçirdi

YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında yığıncaqlar keçirdi

25.06.2026 [16:37]

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibəti ilə Yuxarı Daşkəsən və Daşkəsən qəsəbə ərazi partiya təşkilatlarında yığıncaqlar keçirildi.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və rayon təşkilatının məsləhətçisi Sərdar Xıdırov iştirak ediblər.

Çıxışlarda Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli inkişaf yolu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan tarixi Zəfər, ordumuzun, dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasındakı müstəsna rolu barədə ətraflı danışıldı. Qeyd olundu ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biri olmaqla ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır.

Sonda hər iki ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının “Yerli Təşkilatları haqqında Əsasnamə” nin 8.2-ci maddəsi üzrə Yuxarı Daşkəsən qəsəbə ərazi partiya təşkilatında Rzalı Yaşar Arif oğlu və Daşkəsən qəsəbə ərazi partiya təşkilatında isə Məmmədov Taryel Telman oğlu yeni sədr seçildilər.

Paylaş:
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30