Astan Şahverdiyev Cəbrayıl rayonundan olan seçicilərlə görüş keçirib
14.10.2015 [10:37]
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Astan Şahverdiyevin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki “Spartak” düşərgəsində məskunlaşmış Cəbrayıl rayonundan olan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev qarşıdan gələn parlament seçkilərində partiyamızın namizədlərinin xalq tərəfindən dəstəklənəcəyinə əminliyini vurğulayıb. 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən Astan Şahverdiyevin istər Cəbrayıl, istərsə də Qubadlı rayonundan olan seçicilərlə daim ünsiyyətdə olduğunu bildirən A.Fərzəliyev noyabrın 1-də seçicilərin məhz layiqli namizədə - Astan Şahverdiyevə səs verəcəklərinə əminliyini ifadə edib.
Çıxış edən deputatlığa namizəd Astan Şahverdiyev beşillik dövrdə Milli Məclisdəki fəaliyyəti və bundan sonra görmək istədiyi işlər barədə geniş məlumat verib. O, məcburi köçkünlər üçün inşa edilmiş gözəl binalara və onların rifah halının yaxşılaşdırılması üçün görülən bütün tədbirlərə görə ölkə Prezidenti İlham Əliyevə öz dərin təşəkkürünü bildirib: “Son beş ildə Milli Məclisdə öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş insanların sosial rifahının yüksəldilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb, qanun layihələri işlənib. Hörmətli seçicilərimiz YAP-ın namizədlərini dəstəkləyəcəkləri təqdirdə bu işlər davam etdiriləcək. Prezident İlham Əliyevin apardığı modern iqtisadi inkişaf siyasəti ölkəmizi nəinki yerləşdiyi regionda, yaxın-uzaq coğrafiyada liderə çevirib. Mən hörmətli seçicilərimə bildirmək istəyirəm ki, onlar YAP-ın namizədlərini dəstəkləməklə ölkəmizdə mütərəqqi inkişafın davamlılığına dəstək vermiş olacaqlar”.
Eyni zamanda, seçicilər adından çıxış edən Nazim Verdiyev bütün seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb və ölkə rəhbərliyinin yürütdüyü siyasəti dəstəklədiklərini, YAP-ın namizədi Astan Şahverdiyevə səs verəcəklərini bildirib.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

