Yeni Azərbaycan Partiyası bu gün həm ölkə daxilində, həm də regionda lider partiyadır
26.10.2017 [10:19]
YAP Abşeron rayon təşkilatında partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatında partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra partiyanın yaranma tarixini əks etdirən video-süjet nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev ölkəmizin ən aparıcı siyasi qüvvəsi olan YAP-ın tarixindən, partiyanın müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, ölkəmizin inkişafındakı mühüm rolundan ətraflı danışıb. B.Vəliyev bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyası bu gün həm ölkə daxilində, həm də regionda lider partiyaya çevrilib.
Sədr həmçinin qeyd edib ki, Ulu öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Azərbaycan bu gün xalq-iqtidar birliyinin nəticəsində Ulu öndərin müəyyən etdiyi strateji xətlə inamla inkişaf edir. Bu xətti əzmlə irəli aparan isə Ulu öndərin layiqli varisi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezident İlham Əliyevdir.
Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev isə çıxışında bildirib ki, YAP xalqın sevdiyi, etimad göstərdiyi partiyadır. Ona görə də yarandığı tarixdən qısa müddət sonra partiyamız hakimiyyətə gəldi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu öndər Azərbaycanı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. Əlbəttə ki, bu gün Ulu öndərin əsasını qoyduğu siyasi kurs möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyibə Hüseynova Ümummilli liderin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycanın inkişafının yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan qadınlarının daim ölkəmizin inkişafına töhfə verdiyini bildirib.
Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasını təsis etməsini, qısa bir müddətdə bu Şuranın tərkibinə axın-axın qadınlarımızın gəlməsini xüsusi vurğulayan T.Hüseynova bunun bir daha Azərbaycan qadınına verilən önəmin göstəricisi olduğunu bildirib.
Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan dövləti ilə paralel addımladığını, bu gün Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının böyük rolu olduğunu qeyd edən Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə bu nailiyyətlərin qazanılmasında hər bir partiya üzvümüzün böyük əməyi olduğunu bildirib.
Tədbir iştirakçılarını YAP-ın yaranmasının 25 illiyi münasibətilə təbrik edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu partiyanın yaranma tarixi barədə ətraflı məlumat verib.
Millət vəkili 1990-cı illərin əvvəlində Azərbaycanın siyasi və iqtisadi böhran keçirdiyini, mənəvi dəyərlərin deqredasiyaya uğradığını xatırladıb: “Belə bir şəraitdə ölkəni böhrandan çıxarmaq üçün güclü bir liderə ehtiyac var idi. Bu missiyanı Ümummilli lider Heydər Əliyev Öz üzərinə götürdü. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla siyasi cəhətdən xalqı təşkilatlandırdı. YAP Azərbaycan cəmiyyətinə siyasi əxlaq, siyasi mədəniyyət gətirdi. Bu siyasi mədəniyyət bütövlükdə milli mədəniyyətimizi keyfiyyətcə yeni mərhələyə daşıdı”.
25 il ərzində YAP-ın böyük inkişaf yolu keçdiyini deyən millət vəkili qeyd edib ki, hazırda partiyamız ölkənin ictimai-siyasi proseslərində aparıcı, mühüm rol oynayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız Azərbaycanın siyasi palitrasının lokomotiv gücüdür, xalqın maraqlarını qoruyan siyasi qüvvədir.
Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyini deyən Hikmət Babaoğlu bildirib ki, bir sıra xalqlar imtahana çəkilir. Yaxın Şərqdə baş verən proseslər buna sübutdur. “Təəssüf ki, bu xalqların bir çoxu imtahandan uğurla çıxa bilmirlər, onların milli dövlətləri dağıdılır, parçalanır. Azərbaycan isə sabitlik adasıdır. Prezident İlham Əliyev xalqımızı firavan gələcəyə inamla aparır. Bu prosesdə partiyamızın üzvlərinin də zəhməti var. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Sonda YAP fəalları fəxri fərmanlarla təltif olunub, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

