/ / Yeni Azərbaycan Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılov seçiciləri ilə görüşüb
Yeni Azərbaycan Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılov seçiciləri ilə görüşüb
22.01.2020 [10:27]
Yeni Azərbaycan Partiyasının (YAP) 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılovun Sumqayıt şəhərində məskunlaşmış Qubadlı rayonundan olan qaçqın və məcburi köçkün seçicilərlə görüşü keçirilib. Sumqayıt şəhərində yerləşən 1 saylı Qubadlı şəhər orta məktəbində keçirilmiş tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı məlumat verib: “İmamverdi İsmayılovu seçicilərinə tanıtmağa ehtiyac duymuram. Çünki İmamverdi müəllim deputat olduğu dövrün hər gününü, hər saatını öz seçicilərinin arasında keçirib. İmamverdi İsmayılov əsl vətənpərvər, sadə bir insandır. Gözəl ziyalı, istedadlı yazıçıdır. Mən əminəm ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçiciləri noyabrın 1-də bir nəfər kimi seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi İmamverdi İsmayılova səs verəcəklər”.
Çıxış edən Yeni Azərbaycan Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılov bildirib ki, partiyamız seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qatılır. Patiyanın irəli sürdüyü namizədlər isə cəmiyyət tərəfindən tanınan, qiymətləndirilən ziyalılardır: “YAP öz sıralarında intellektual potensiala malik olan və Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi istiqamətində çox önəmli işlər görmüş insanları birləşdirir. Mən inanıram ki, Prezident İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verəcək və torpaqlarımız işğaldan azad olunacaq, sizlər öz yurd-yuvanıza qayıdacaqsınız və gələn parlament seçkilərində buraya toplaşan insanlar öz rayonlarında seçki məntəqələrinə gedib səs verə biləcəklər”.
Tədbirdə çıxış edən seçicilər fevralın 9-da YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxElanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11

