/ / Pərvin Kərimzadə: Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişafı bütövlükdə regionun tərəqqisinə mühüm töhfələr verir
Pərvin Kərimzadə: Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişafı bütövlükdə regionun tərəqqisinə mühüm töhfələr verir
11.09.2020 [09:36]
“Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər qarşılıqlı etimad, səmimi münasibət, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulub”.
Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
O qeyd edib ki, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni daha da doğmalaşdırıb, sevincli, kədərli günlərdə birinin digərinin yanında olmasına zəmin yaradıb.Onun sözlərinə görə, erməni təxribatı nəticəsində iyul ayında baş verən Tovuz hadisələri zamanı qardaş Türkiyənin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını bəyan etməsi Azərbaycan-Türkiyə birliyinin növbəti əyani təcəssümü oldu: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ən müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Türkiyə Cümhuriyyətinin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Eyni addım da hər zaman Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən atılır. Türkiyənin dövlət rəhbəri çıxışlarında səsləndirdiyi “Azərbaycanın işğal altındakı torpaqları azad edilməlidir”, “qardaşlarımızı heç vaxt tək qoymarıq” fikirləri, qəti və aydın mövqeyi ölkəmizə birmənalı dəstəyi, işğalçı Ermənistan hökumətinə ciddi mesajı müstəqil dövlətimizə, dövlət rəhbərimizə, xalqımıza bəslənilən münasibəti bir daha gündəmə gətirdi”.
P.Kərimzadə deyib ki, çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bu günkü mərhələsi isə ölkələrimizin şanlı birlik salnaməsinə parlaq səhifələr əlavə edir. “Azərbaycan və Türkiyə dövlətlərinin prezidentləri tərəfindən bu gün həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. İki qardaş ölkənin həmrəyliyi və əməkdaşlığı beynəlxalq aləmdə sülh və əmin-amanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində böyük əhəmiyyətə malikdir”, - deyə o vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

