Azərbaycanda nəhəng investisiya layihələri uğurla həyata keçirilir
25.09.2020 [23:48]
YAP Binəqədi və Qaradağ rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Neft strategiyasının növbəti inkişaf mərhələsi - “Abşeron” yatağının əhəmiyyəti, perspektivləri, siyasi və iqtisadi hədəfləri” mövzusunda videokonfrans formatında tədbir keçirilib
Sentyabrın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi və Qaradağ rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Neft strategiyasının növbəti inkişaf mərhələsi - “Abşeron” yatağının əhəmiyyəti, perspektivləri siyasi və iqtisadi hədəfləri” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Videokonfransı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bu tədbirin YAP Qaradağ rayon təşkilatı ilə birgə keçirilməsinin təsadüfi olmadığını, Qaradağın Azərbaycanın uğurlu neft strategiyasının böyük layihələrinin həyata keçirilməsində önəmli rayon olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu qeyd edib ki, mürəkkəb tarixi mərhələdən keçdiyimiz indiki zamanda Azərbaycan xalqı müstəqillik qazandığı dövrdən indiyə qədər hansı işlər gördüyü, bu prosesdə növbəti inkişaf üçün hansı perspektivləri yarada bildiyi haqqında öz-özünə hesabat verir.
Deputatın sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibə bir neçə səciyyəvi xüsusiyyəti ilə tarixi müsahibə hesab edilə bilər: “Bunlardan biri ölkə başçımızın bütün sahələr üzrə ensiklopedik bilgilərə malik olması və aldığı siyasi qərarlarda məhz onlara istinad etməsi reallığıdır ki, ona görə də bunlar milli maraqlarımızın realizə olunmasında ən doğru qərarlar olur. İkincisi, milli iqtisadiyyatımızın hələ də əsasını təşkil edən neft sənayesi tariximiz və onun istismarı məsələlərinin dövri xarakteristikası ilə bağlıdır ki, bu da neft faktorundan səmərəli istifadənin təşkili üçün oluqca əhəmiyyətlidir. Ancaq unutmaq olmaz ki, Prezident İlham Əliyev bu müsahibəsində təkcə neft sənayesi tarixi, dünya bazarında və iqtisadiyyatında neftin yeri və rolu, milli iqtisadiyyatın neft faktoru ilə əlaqəsi, neftin siyasi faktora çevrilməsi məsələləri ilə bağlı deyil, həm də əsl neft mühəndisi, Xəzər ekvatoriyasının geoloji strukturu və xəritəsini dərindən bilən bir mütəxəssis kimi danışdı. Üçüncü ən mühüm və tarixi hesab ediləcək məsələlərdən biri o idi ki, Prezident İlham Əliyev bu vaxta qədər həyata keçirdiyi siyasətdə daim dürüst olmaqla, xalqının maraqlarını qorumaqla Öz xalqı qarşısında hesabat verməyə həmişə hazır olan siyasi lider olduğunu bir daha göstərdi”.
Daha sonra Dağlıq Qarabağ probleminə diqqət çəkən Hikmət Babaoğlu deyib ki, dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi kimi mürəkkəb, manipulyasiyaya açıq bir məsələdə nə qədər doğru siyasət apardığını və xalqının maraqlarına necə xidmət etdiyini ortaya qoyub: “Bu gün İlham Əliyevi təkcə Prezident deyil, həm də milli lider edən ən başlıca səbəb Onun “Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz” cümlələrində olan dürüstlükdür. Elə Azərbaycanda xalq-hakimiyyət birliyini təmin edən sosial düstur da “Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir” ifadələrində əksini tapıb”.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri R.Göyüşov Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasiminin Azərbaycanın neft-qaz sənayesində mühüm hadisə olduğunu bildirib: “Dünyada pandemiyanın genişləndiyi və əksər ölkələrdə neft-qaz sənayesinə investisiyaların azaldıldığı bir dövrdə Azərbaycanın enerji sektorunda belə bir layihənin icrasına başlanması uğurlu enerji siyasətinin nümunəsidir. Bu onu göstərir ki, Azərbaycanda nəhəng investisiya layihələri dayanmadan və uğurla həyata keçirilir, enerji sektorunda yeni axtarışlar və sərmayə planları əvvəlkitək davam etdirilir. Neft sənayesində xüsusi yerə malik olan “Abşeron” yatağı ölkəmizin karbohidrogen ehtiyatlarında önəmli paya malikdir. Ehtiyatları 350-360 milyard kubmetr həcmində qiymətləndirilən bu yataq həm daxili tələbatın ödənilməsi, həm də ölkəmizin ixrac potensialının güclənməsinə mühüm töhfə verəcək”. “Əsrin müqaviləsi”nin imzalanmasının xalqımız tərəfindən əlamətdar hadisə kimi qeyd edilməsinə toxunan R.Göyüşov bu hadisənin bütün uğurların kökündə dayandığını qeyd edib. 1994-cü ildə Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən dünyanın aparıcı şirkətlərinin marağını Azərbayana cəlb etməyin böyük siyasi iradə tələb etdiyini vurğulayan R.Göyüşov deyib ki, onun imzalanmasından 26 il keçməsinə baxmayaraq, Azərbaycanın neft potensialına dünyada maraq azalmayıb, əksinə daha da artıb: “TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır və hazırda Türkiyə bazarında Azərbaycan qazın birinci yerdədir. İki ildən sonra “Qarabağ” yatağından ilk neft hasil olunacaq və “Abşeron” layihəsi Azərbaycanın dünyada qaz ölkəzi kimi strateji mövqeyini daha da gücləndirəcək”. R.Göyüşov daha sonra deyib ki, infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə Azərbaycan qabaqcıl yerlərdədir: “Davos Forumunun qiymətləndirmələrinə görə, avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycan 11-12-ci yerdə, yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdədir, digər sosial infrastruktur layihələrə gəlincə, müstəqillik dövründə 3700 məktəb, 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqlarla təchiz edilib”.
Sonda YAP Qaradağ rayon təşkilatının sədri adından çıxış edən Ramiz Yusubov mövzu ilə bağlı fikirlərini bölüşüb.
QAŞQAY
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

