/ / Ağalar Vəliyev: Qarşıya qoyulan hədəflərə doğru inamla getməyimiz onu göstərir ki, Azərbaycan 2021-ci ildə də uğurla inkişaf edəcək
Ağalar Vəliyev: Qarşıya qoyulan hədəflərə doğru inamla getməyimiz onu göstərir ki, Azərbaycan 2021-ci ildə də uğurla inkişaf edəcək
09.01.2021 [09:36]
Yola saldığımız 2020-cu ildə Azərbaycan dövləti bir sıra möhtəşəm uğurlara imza atdı, son 30 ilin əsas yekunu kimi 44 gün ərzində erməni işğalçılarına sarsıdıcı zərbələr endirərərək tarixi Qələbə qazandı və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda olan müşavirədə bununla bağlı səsləndirilən fikirlər bu və ya digər sahələrdə ölkəmizin bir-birindən əhəmiyyətli və ciddi uğurlar qazanmasının təsdiqidir.
Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.
Millət vəkili vurğulayıb ki, son illər ərzində hərtərəfli və inamla inkişaf edən Azərbaycan dövləti özünün qüdrətli və şanlı dövrünü yaşayır. Dövlət başçımızın qeyd elədiyi kimi, Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu, həm siyasi - hərbi, iqtisadi gücdür, xalq-iqtidar birliyidir və bizim regionda oynadığımız müsbət roldur.
Bütün dünya üçün ciddi sınaq olan koronavirus pandemiyasından Azərbaycan şərəflə çıxmaqdadır, vəziyyət dövlətimizin nəzarəti altındadır. Operativ tədbirlər nəticəsində yeni xəstəxanaların tikilməsi, laboratoriyaların alınması, mübarizə tədbirlərinə cəlb edilən həkimlərin maaşının onların əmək haqlarının 3- 5 misli həcmində qaldırılması və koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən günəmuzd çalışan və işsiz vətəndaşlara yardım göstərilməsi dövlətimizin pandemiyanın fəsadların aradan qaldırılmasına həssas yanaşmasını göstərir. Azərbaycan Prezidenti çıxışında ümid etdiyini bildirib ki, koronavirusa qarşı peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Peyvənd gətirildikdən sonra vətəndaşlarımızın kütləvi qaydada peyvənddən istifadə etməsi bu xəstəlikdən qurtulmağımıza yardımçı olacaq.
Milli Məclis üzvünün sözlərinə görə, illik hesabat müşavirəsində Azərbaycan Prezidenti tərəfindən səsləndirilən daha bir xoş xəbər Cənub Qaz Dəhlizinin tam istismara verilməsi ilə bağlı olub. İlin sonunda dekabrın 31- də alınan məlumata görə, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP artıq istismara verilib. Azərbaycan qazı Avropa məkanındadır. Dövlət başçımızın dediyi kimi, bu bizim tarixi nailiyyətimizdir.
Deputat Ağalar Vəliyev bildirib ki, ölkə başçısının vurğuladığı kimi pandemiya dövründə iqtisadi inkişaf 4 faizdən bir qədər çox azalsa da, qeyri neft sənayesinin iqtisadi göstəriciləri 11 faizdən çox artıb. Kənd təsərrüfatının inkişafında, orta əmək haqlarında və pensiyalarda artım müşahidə olunub. Neft Fondunun vəsaitləri azalmayıb, əksinə artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub saxlayıb. Dünya Bankının yeni reytinqinə görə, “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdə qərarlaşıb.
Beynəlxalq qurumlar Azərbaycanda gedən işlərə yüksək qiymət verirlər. Davos İqtisadi İqtisadi Forumunun hesabatlarından söz açan millət vəkili bildirib ki, əhalinin elektrik təchizatına görə dünya miqyasında Azərbaycanın ikinci yerdə olması və ümumiyyətlə 10 ən islahatçı ölkə arasında yer tutması, nəticə etibarilə Azərbaycanın dünyada ən uğurlu gənc dövlət kimi qəbul olunması, ölkəmizin parlaq gələcəyinə olan inam Beynəlxalq aləmdə bizə çoxlu dostlar qazandırıb. Ölkəmizin mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə mövqe tutması vətəndaşlarımızın qürur mənbəyinə çevrilib.
Milli Məclisin deputatı qeyd edib ki, ərazilərimizin işğaldan azad edilməsi həmin torpaqlara böyük qayıdışın və nəhəng quruculuq işlərinin başlanmasını zəruri edib. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, indi Qarabağda infrastruktur layihələrinin icrasına start verilib və onların bir neçəsi artıq icradadır. Bərpa və infrastruktur-layihə işləri başlanıb. Dövlət başçımızın vurğuladığı kimi, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və bu bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.
Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır və planlarımız gerçəkləşir. Ölkəmizin qarşıya qoyulan hədəflərə doğru inamla irəliləməsi onu göstərir ki, Azərbaycan 2021-ci ildə də uğurla inkişaf edəcək, daha qüdrətli dövlətə çevriləcək.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

