Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Yevlaxda silsilə tədbirlər keçirilir

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Yevlaxda silsilə tədbirlər keçirilir

04.05.2021 [15:33]

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Yevlaxda silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Tədbiri giriş sözü ilə açan Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Rəşad Bəhmənli Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb. Rayon birinciliyinə qoşulan şahmatçılara uğurlar diləyən Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov qeyd edib ki, müasir Azərbaycan Respublikasının qurucusu və memarı, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini istedadlı, savadlı yeniyetmə və gənclərdə görürdü: "Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş bu turnir də məhz yeniyetmə və gənclərin bacarıq və istedadlarını üzə çıxarmaq, onları Ümummilli Liderin irsinə sadiqlik ruhunda tərbiyə etmək məqsədi daşıyır".

Tədbirdə, həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, Təhsil şöbəsinin müdiri Namidə Abbasova, YAP Yevlax rayon təşkilatının sədr müavini Vahid Quliyev çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar. Natiqlər Ulu Öndərin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusilə vurğulayıblar.

Sonra rayon birinciliyinə start verilib. Turnirə qoşulan 16 şahmatçı arasında Elçin Ağayev I, Ziya Əlibəyli II, Namiq Varşabov III yeri tutaraq, turnirin qalibi olublar. Qaliblərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Paylaş:
Baxılıb: 709 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31