/ / Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
24.06.2021 [09:28]
İyunun 23-də Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib.
Əvvəlcə YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov gəncləri ali təhsil ocağında yaradılan şəraitlə tanış edib. Universitetin həyətində yaradılan, gəncləri vətənpərvərliyə və milli ruha səsləyən “Şəhidlər ölməz, Vətən bölünməz!” xatirə kompleksindən başlanan tanışlıq akt zalında tədbirin keçirilməsi ilə davam edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ali təhsil ocağının yeniliklərindən, təhsilin keyfiyyətini yüksəltmək üçün atılan addımlardan geniş bəhs edərək bildirib ki, universitet dünya ali təhsil bazarında “UNEC” brendi olaraq çıxış edəcəyini ictimaiyyətə bəyan etdi: “Yeni mərhələdə universitet, ilk növbədə, tədrisin keyfiyyətinin yüksəldilməsini prioritet olaraq seçdi və bu istiqamətdə tədris prosesinin elektronlaşdırılmasına, informasiya təminatının yaxşılaşdırılmasına, şəffaflığın artırılmasına, elmi-pedaqoji heyətin gücləndirilməsinə, tədris plan və proqramlarının modernləşdirilməsinə və beynəlxalq mübadilə və ikili diplom proqramlarında iştirakın genişləndirilməsinə xüsusi əhəmiyyət verir”.
Rektor beynəlxalq ikili diplom proqramları üzrə tədrisdən, tələbə məmnunluğunun artırılmasından, yeni dövrün çağırışlarından geniş bəhs edib. Rəqəmsal iqtisadiyyat qurulduğunu önə çəkən rektor rəqəmsal təhsilə keçidin qaçılmaz olduğunu bildirib.
Görüşdə bu əminlik də ifadə edilib ki, ölkəmizin inkişaf edən iqtisadiyyatı və güclənən beynəlxalq nüfuzu sayəsində yaxın gələcəkdə UNEC dünya universitetlərinin reytinq siyahılarında Vətənimizi daha yüksək yerlərdə təmsil edəcək, Prezident İlham Əliyevin universitet qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafına böyük töhfələr verəcək.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov görüşün yüksək səviyyədə təşkilinə, onlara tanışlıq üçün yaradılan gözəl şəraitə görə Universitetin rektoru, YAP İdarə Heyətinin üzvü Ədalət Muradova təşəkkürünü bildirərək bu inamını ifadə edib ki, universitetdə imza atılan yeniliklər fonunda hədəflərə qısa zamanda nail olunacaq, hər zaman olduğu kimi, fəal gənclər arasında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri və məzunları çoxluq təşkil edəcəklər: “Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin yeni formalaşmış tərkibində də İqtisad Universitetinin məzunları çoxluq təşkil edir. Bu göstərici bir çox məqamları özündə ehtiva edir. Universitetdə yaradılan şərait, səsləndirdiyiniz çağırışlar gənclərə diqqət və qayğının təzahürüdür. Gənclərə belə şəraitin yaradılması onların üzərinə böyük məsuliyyət qoyur. Onlar bu imkanlardan bəhrələnərək daha böyük bilik qazanmaq, gələcəkdə ölkənin inkişafına töhfələr vermək imkanındadırlar”.
Diskussiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, Universitetlə əməkdaşlığın yeni layihələrin icrası ilə davam etdiriləcəyinə əminlik ifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

