Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır
21.09.2022 [11:51]
Məlum olduğu kimi, Prezident İlham Əliyev bu günlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənd Sammitində fəxri qonaq qismində iştirak edib. Qeyd edək ki, Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə ciddi münasibətlərə 2015-ci ildə başlayıb. 9–10 iyul 2015-ci ildə Rusiyanın Ufa şəhərində keçirilmiş təşkilatın zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən, Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Azərbaycan hazırda ŞƏT-in üzvü olmasa da, dialoq tərəfdaşı statusuna sahibdir.
Prezident İlham Əliyevin Səmərqənddə keçirilən sammitə qatılması ölkəmizlə təşkilat arasında qarşılıqlı dialoqun yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Özbəkistan Prezidentinin dövlətimizin başçısına sammitdə fəxri qonaq qismində iştirak etmək üçün dəvət göndərməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin getdikcə daha da möhkəmlənməsini sübut edir. Eyni zamanda Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun ifadəsidir.
Onu da qeyd edək ki, 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Bu təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın təşkilatda müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Orada təmsil olunan ölkələr də Azərbaycanı öz aralarında görmək niyyətlərini açıq şəkildə bəyan edirlər. Həmin ölkələrlə əməkdaşlıq çərçivəsində Azərbaycan özünün nəqliyyat-logistika imkanlarını daha da artıracaq.
Onu da qeyd etmək vacibdir ki, Sammit çərçivəsində dövlət başçısı bir sıra vacib görüşlər də keçirib. Həmin görüşlərdə də siyasi, iqtisadi və digər mühüm məsələlər müzakirə olunub. Bu da onu sübut edib ki, Azərbaycan həm regionda, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıqda böyük əhəmiyyət daşıyan ölkələrdəndir.
ŞƏT Sammitinin Azərbaycanın sərhədlərinə qarşı Ermənistan silahlı qüvvələrinin növbəti təxribatından sonraya təsadüf etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizin haqq səsini dünyaya çatdırılması baxımından da önəmlidir. Təxribata Azərbaycan Ordusunun cavbabından çıxılmaz vəziyyətə düşən Ermənistanın baş nazirinin ŞƏT-in Səmərqənd Sammitində iştirak etməməsi də ölkəmizin lehinə oldu. Hərçənd ki, belə tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz, qətiyyətli və sərt arqumentləri qarşısında gülünc vəziyyətə düşən Ermənistanın baş naziri Sammitdə iştirakdan itmina etməsi özünün xeyrinə oldu.
Ümumiyyətlə, ölkəmizin bu Sammitdə təmsil olunması, Prezident İlham Əliyevin Səmərqənddəki tarixi çıxışı mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolundan danışıb. Prezident deyib ki, Zəngəzur dəhlizinin açılması da ŞƏT üçün nəqliyyat-logistika sferasında əlavə üstünlüklər yaradacaq: “Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq”. Dövlət başçısı çıxışı zamanı Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların normallaşdırma prosesinə böyük zərbə vurduğunu da həmkarlarının diqqətinə çatdırıb.
Sonda onu da vurğulamaq yerinə düşər ki, Sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərdə də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Əməkdaşlıq etdiyimiz ölkələrin həm siyasi, həm də iqtisadi baxımdan dəstək göstərməsi region ölkələri ilə əməkdaşlığın çox əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Bu baxımdan, dövlət başçımızın sammitdə iştirakı göstərdi ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

