Anım günündə Prezidentin Füzuliyə səfəri şəhidlərimizin ruhuna ehtiramdır
29.09.2022 [11:11]
"Şəhidlərimizin əziz xatirəsini yad edərkən hər birimiz söz verməliyik ki, müstəqilliyimizin keşiyində əbədi duracağıq, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır".
Bu fikirləri Vətən müharibəsinin başlanmasının ikinci ildönümündə Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrında ilk şəhid verdiyimiz yerdə - şəhidlərimizin şərəfinə Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında ucaldılan abidəni ziyarət edərək söyləmişdir.
Müzəffər Ali Baş Komandan işğaldan ilk azad olunan ərazilərdən səslənərək bir daha qeyd etdi ki, Azərbaycan döyüş meydanında öz haqqını bərpa edib, düşməni məğlubiyyətə uğradıb və bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacaq
Füzuli rayonu 44 günlük Vətən müharibəsində Zəfərin əldə olunmasında xüsusi töhfəsi olan rayonlardandır, çünki əks-hücum əməliyyatı da məhz burada başlayıb, bu baxımdan ilk şəhidlərimizi də Füzuli uğrunda gedən döyüşlərdə vermişik.
Füzulinin Qaraxanbəyli kəndində ucaldılan abidə də məhz Azərbaycan dövlətinin, xalqının şəhidlərin ruhuna olan hörmətini bir daha nümayiş etdirir: "Anım günündə cənab Prezidentin abidəni ziyarət etməsi, onun önündə çıxış etməsi şəhidlərimizin ruhuna ehtiramın göstəricisidir.
Füzuli şəhərinin yenidən qurulması ilə bağlı işlər sürətlə həyata keçirilməkdədir. İkinci "ağıllı kənd"in Füzulinin Dövlətyarlı kəndində salınacağını xatırladan deputat orada təxminən 450 ailənin məskunlaşacağını söyləyib. Füzuli şəhərində yaşayış binalarının inşa edilməsi də məskunlaşma prosesinin daha qısa zamanda baş tutacağından xəbər verir. Prezident İlham Əliyevin və Mehriban Əliyevanın Füzuliyə səfərləri, rayonda gedən quruculuq, bərpa işləri ilə tanışlığı, bu istiqamətdə tövsiyə və tapşırıqları füzulililərin ata-baba yurdlarına daha tez qayıtmasına imkan verəcək.
Prezident İlham Əliyevin Vətən müharibəsində qələbəmizin ildönümü münasibətilə tədbirləri işğaldan azad olunmuş bölgələrdə keçirməsi ənənəyə çevrilib.Dövlət başçısının hətta Novruz bayramını da Şuşada qeyd etməsi böyük məna daşıyan, cəmiyyətin düşüncəsinə, duyğusuna çox müsbət təsir edən addımlardır: "Prezidentin Anım günü ilə bağlı işğaldan azad olunmuş əraziyə səfəri onun bu torpaqlara necə böyük önəm verdiyini göstərdi. Dövlət başçısı Azərbaycanın qazandığı qələbəni daha böyük şövqlə xalqa çatdırır. Həm daxili, həm xarici siyasət üçün verdiyi anlamlı mesajlar insanlarda məsuliyyət duyğusunu formalaşdırır. İki il öncə bu ərazilər bizdə deyildi, amma iki ildə atdığımız addımlar, keçdiyimiz məsafə o qədər möhtəşəmdir ki, bunu vətəndaşlarımız qiymətləndirməlidir.
Bu gün, həqiqətən də, dünya Azərbaycanın iqtisadi gücünə bir daha şahidlik edir. İki il öncə "dəmir yumruq"la işğal altında olan torpaqları azad edən Azərbaycan hazırda həmin ərazilərdə misli görünməyən tikinti-quruculuq işlərini həyata keçirir. Prezidentin söylədiyi kimi, məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu yurdlarımıza yenidən həyat qaytarırıq.
Artıq bir ildir ki, Qarabağ və Şərqi Zəngəzurda işğalçının yerlə-yeksan etdiyi yaşayış sahələrində genişmiqyası bərpa-quruculuq işləri aparılır, eyni zamanda, erməni faşizminin viran qoyduğu tarixi, mədəni, dini irsimiz yüksək səviyyədə bərpa olunur. Bir sözlə, düşməndən təmizlənən torpaqlarda həyat sürətlə bərpa olunur. Azərbaycan hazırda özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri xalqımızı tərəqqiyə, daha parlaq gələcəyə aparır. Bununla da dövlərimizin başçısının Prezident seçilərkən vəd etdiyi “hər bir azərbaycanlının Prezidenti olacağı” sözlərinin dövlət başçısının titanik fəaliyyəti ilə artıq təsdiqləndiyi sübut edilir. Azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteqrasiyası respublika iqtisadiyyatına müsbət təsir göstərəcək, artımı şərtləndirəcək.
Füzuli rayonu 44 günlük Vətən müharibəsində Zəfərin əldə olunmasında xüsusi töhfəsi olan rayonlardandır, çünki əks-hücum əməliyyatı da məhz burada başlayıb, bu baxımdan ilk şəhidlərimizi də Füzuli uğrunda gedən döyüşlərdə vermişik.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

