Pensiyaçılar üçün əlavə imkanlar
01.08.2023 [11:42]
MÜBARİZ
Özəl pensiya fondları vətəndaşlar üçün hansı üstünlüklər yaradacaq?
Bu sualla Milli Məclisin deputatı Vüqar Bayramova müraciət etdik.
Milli Məclisin deputatı “Yeni Azərbaycan”a açıqlamasında özəl pensiya fondlarının yaradılması məsələsinin uzun müddətdir ki, müzakirə olunduğunu və müxtəlif təcrübələrin araşdırıldığını bildirdi. “Demək olar, bütün inkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə olunur. Həmin dövlətlərin təcrübəsi göstərir ki, vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, həmçinin özəl pensiya fondundan da təqaüd ala bilsinlər. Yəni, bir deyil, iki mənbədən vəsait almaq pensiya məbləğinin artmasına gətirib çıxaracaq”, - deyə Vüqar Bayramov bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi vəsaitlərə uyğun olaraq, məsələn, əlavə 300 manat almaq imkanı qazanacaq. Bu o deməkdir ki, vətəndaşımızın pensiyası bu halda 500 deyil, 800 manat olacaq.
V. Bayramov özəl pensiya fondlarının etibarlılığı kimi vacib məsələyə də diqqət çəkib. “Təbii ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Fondda vəsaitlər milli valyutada yığılır və onun idarə edilməsi həyata keçirilir. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması vacibdir. Bu baxımdan, təklif edirik ki, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyası həyata keçirilsin, valyuta riskləri sığortalansın. Bütün riskləri nəzərə almaq üçün tam təkmil mexanizmin hazırlanması və təqdim edilməsi çox mühümdür. Bütün hallarda, özəl fond vətəndaşlarımıza pensiyalarını artırmaq üçün yeni imkanlar açacaq”, - deyə V.Bayramov əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

