Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

13.08.2024 [22:04]

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı teleqramda bildirib.

“Mürəkkəb intensiv döyüşlərə baxmayaraq, qüvvələrimiz Kursk vilayətində irəliləməyə davam edir, eyni zamanda “mübadilə fondumuz” (əsir mübadiləsi – red.) da genişlənir”, – Ukrayna lideri qeyd edib.

Zelenski Ukrayna ordusunun nəzarət etdiyi yaşayış məntəqələrinin sayını da açıqlayıb: “74 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır”.

Ölkə başçısı ələ keçirilmiş ərazilərdə “humanitar həllərin hazırlanması üzrə işlərin davam etdiyini” vurğulayıb. O bu yaşayış məntəqələrində neçə mülki şəxsin qaldığına aydınlıq gətirməyib.

“Əsgərlərimizə göstərdikləri qəhrəmanlıqlara görə minnətdaram. Növbəti addımlarımıza hazırlıq davam edir!”, – Zelenski əlavə edib.

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30