Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib

Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib

07.09.2024 [13:42]

“Yaqi” qasırğasının yaxınlaşması ilə əlaqədar Vyetnamda sentyabrın 7-də yerinə yetirilməli olan 330 uçuş ləğv edilib. Bunların 240-ı yerli, 70-i isə beynəlxalq uçuşdur.

AZƏRTAC Vyetnam mediasına istinadla xəbər verir ki, uçuşlar paytaxt Hanoy, Hayfon və Thosuan şəhərləri, Kuanqnin əyalətindəki hava limanlarında ləğv edilib.

Proqnozlara görə qasırğa ölkənin şimal hissəsində, o cümlədən paytaxtda təsirli olacaq. Bu səbəbdən 5,6 milyon şagirdin təhsil aldığı məktəblərdə dərslər dayandırılıb. Qasırğanın törədə biləcəyi fəsadlarla mübarizəyə və qabaqlayıcı tədbirlərə 457 min hərbi qulluqçu, 10 min texnika cəlb olunub.

Meteoroloqlar “Yaqi” qasırğasının güclü külək və 400 millimetrlik yağıntı gətirəcəyini proqnozlaşdırıb.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

4 il əvvəl, 4 oktyabrda...

04 Oktyabr 08:18  

Dünya

Dünya

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31