Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə ilə Aİ ölkələri 26 birgə ekoloji layihəyə start verib

Türkiyə ilə Aİ ölkələri 26 birgə ekoloji layihəyə start verib

10.10.2023 [12:49]

Avropa İttifaqı (Aİ) ölkələri və Türkiyə şəhərləri birgə səylərlə iqlim dəyişikliyinin aradan qaldırılmasına yönəlmiş 26 layihəyə start verib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Aİ tərəfindən maliyyələşdirilən və Türk Bələdiyyələr Birliyinin (TBB) idarə etdiyi “Türkiyə-Aİ şəhər qardaşlaşması-2: Yaşıl gələcək” layihəsinin açılış mərasimi Aİ-nin Brüsseldəki Daimi Nümayəndəliyində baş tutub.

Türkiyənin Aİ-dəki daimi nümayəndəsi, səfir Faruk Kaymakçı açılışda çıxışı zamanı bunun ikinci şəhər qardaşlaşma layihəsi olduğunu qeyd edib və ekoloji layihələrin əməkdaşlığı dərinləşdirəcəyinə ümid etdiyini bildirib. O vurğulayıb ki, iqlim dəyişikliyinin birbaşa təsirlərinin şəhərlərdə özünü büruzə verdiyi bir dövrdə bu cür layihələr təkcə şəhərləri bir-birinə yaxınlaşdırmır, həm də şəxsi əlaqələrin qurulmasına töhfə verərək “daha dinc Avropa” mesajını verir.

Avropa Komissiyasının Türkiyə bölməsinin rəhbəri Bernard Brunet bu cür layihələr vasitəsilə Türkiyə ilə Aİ arasında qarşılıqlı əlaqələrin davamlı olmasını arzuladığını bildirib. O, həm Türkiyə, həm də Avropa İttifaqı şəhərlərinin bu layihə vasitəsilə bir-birlərinin təcrübəsindən faydalanacağına ümid etdiyini söyləyib.

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30