/ / Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
02.02.2019 [10:24]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkə prezidentləri arasında yüksək səviyyədə qarşılıqlı etimadın mövcud olduğunu bildirib və bunun əlaqələrimizin genişlənməsində xüsusi rol oynadığını deyib. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən ümumi tarixi-mədəni dəyərlərə mailik olduğumuz Şimali Qafqaz regionu və eləcə də Qaraçay-Çərkəz Respublikası ilə sıx əməkdaşlığının həyata keçirilməsinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verdiyini deyib. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiyanın müxtəlif regionları arasında əlaqələrin uğurlu inkişafında ötən il iki ölkə prezidentlərinin iştirakı ilə Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunun önəmini qeyd edib. Prezident İlham Əliyev Raşid Temrezovun ölkəmizə səfərinin səmərəli və uğurlu keçəcəyinə əminliyi ifadə edib.
Azərbaycan Prezidenti ilə görüşdən böyük məmnunluq duyduqlarını deyən Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezov Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafında regionlararası qarşılıqlı fəaliyyətin rolunu qeyd edərək, bu gün Bakıda biznes nümayəndələri arasında keçiriləcək görüşün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Rusiyanın Qaraçay-Çərkəz regionu ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün qarşılıqlı maraq mövcuddur və bunun üçün yaxşı imkanlar var. Raşid Temrezov mədəni və humanitar əlaqələrin də yüksək səviyyədə olduğunu bildirərək, bunun münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

