Azərbaycan Avropa və bütün dünya üçün müstəsna əhəmiyyət kəsb edir
11.11.2009 [10:33]
Xəbər verdiyimiz kimi, dünən “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Sloveniya Prezidenti Danilo Türkün və xanımı Barbara Mikliç Türkün şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə nitq söyləyiblər. Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib ki, bu səfərin ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələsinə zəmin yaradacağına inanıram: “Şübhə etmirəm ki, keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi, habelə imzalanmış sənədlər və iki ölkənin iş adamlarının sabah təşkil olunacaq biznes forumu qarşılıqlı fəaliyyət üçün yeni sahələri müəyyən edəcək, əlaqələrimizin gələcək inkişafına öz töhfəsini verəcəkdir. Qeyd etmək istəyirəm ki, Sloveniya Avropa ölkələri arasında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Tarixdə bizim xalqları birləşdirən ümumi məqamlar çoxdur. İkinci dünya müharibəsi illərində - alman faşizminə qarşı mübarizədə sloveniyalılarla birlikdə Azərbaycan xalqının qəhrəman övladları da fəal iştirak etmişlər. Sloveniyalılarla çiyin-çiyinə vuruşmuş Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadə Sloveniyada həlak olmuş və onun şərəfinə orada abidə ucaldılmışdır. Sloveniya ilə Azərbaycanın müstəqillik tarixi də oxşardır. Uzun müddət başqa dövlətlərin tərkibində olmuş və dövlət müstəqilliyini təxminən eyni vaxtda qazanmış ölkələrimiz son illərdə böyük sınaqlardan uğurla çıxmışlar. Əlamətdar haldır ki, artıq münasibətlərimiz möhkəmlənir və genişlənir. ölkələrimiz arasında ticarət-iqtisadi, sənaye və energetika, mədəniyyət və turizm, təhsil, informasiya texnologiyaları, sərmayə qoyuluşu və digər sahələrdə yaxşı əməkdaşlıq imkanları vardır. Düşünürəm ki, biz birgə səylərimizlə bu imkanları reallaşdıra bilərik. Azərbaycan Sloveniya ilə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar, eləcə də Avropa İttifaqı, ATƏT və NATO çərçivəsində sıx əməkdaşlığa xüsusi əhəmiyyət verir. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsü əməkdaşlığımız üçün yeni perspektivlər açır. Azərbaycan son illər ərzində sürətli inkişaf yolu keçmişdir. ötən beş ildə iqtisadiyyatımız 2,6 dəfə artmışdır. Bunun nəticəsidir ki, dünyada hökm sürən maliyyə böhranına, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, bu ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatı 6,1 faiz artmışdır. Eyni zamanda, irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi nəticəsində Böyük İpək Yolunun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində səylərimiz artıq öz bəhrəsini verməkdədir. Bütün bunlar sübut edir ki, regionumuzun dinamik inkişafı üçün hər cür şərait vardır. Lakin təəssüf olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməsi regionun çiçəklənməsi yolunda böyük maneə olaraq qalır. Belə ki, Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Sloveniya Prezidenti Danilo Türk təşəkkür edərək deyib ki, bizim üçün bu səfər ölkənizin əldə etdiyi qeyri-adi tərəqqi ilə birbaşa tanışlıq üçün nadir fürsətdir: “Bu tərəqqi sadəcə böyük təbii sərvətlərə əsaslanmır, o həm də xalqınızın xüsusi novatorluq və yaradıcılıq bacarıqlarının, eyni zamanda, cənab Prezident, Sizin sələfiniz, müasir Azərbaycanın qurucusu mərhum Prezident Heydər Əliyevin baxışının nəticəsidir”.
Sloveniya Prezidenti Danilo Türk deyib ki, xalqlarımızın oxşar tarixi qarşılıqlı anlaşma və əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. “Sloveniya və Azərbaycan təkcə iki dost ölkə deyildir. Demək olar ki, onlar müəyyən cəhətdən həmyaşıddırlar”, - deyən Danilo Türk bu il ölkələrimizin müstəqilliklərinin 18-ci ildönümünün qeyd edildiyini bildirib.
Ali qonaq deyib ki, xalqlarımız arasındakı əlaqələrin uzun tarixi kökləri var. İkinci Dünya müharibəsinin ağır illərində Sloveniya xalqı sloven torpağında faşizmə qarşı mübarizə apararaq həyatını qurban vermiş azərbaycanlı döyüşçülərin göstərdiyi şücaəti xüsusi minnətdarlıqla xatırlayır. Sloveniya Prezidenti ölkəsinin Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq sahəsindəki inkişafa dostluq və hörmət hissi ilə yanaşdığını da diqqətə çatdıraraq bildirib: “Sloveniya Azərbaycan rəhbərliyinin Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Fəaliyyət Planı, Avropa Qonşuluq Siyasəti və “Şərq tərəfdaşlığı”nın əsas məqsədlərinin həyata keçirilməsindən irəli gələn çağırışların həllində və zəruri islahatların həyata keçirilməsində tutduğu qətiyyətli mövqeyini alqışlayır. Sloveniya və Avropa İttifaqı Qafqazdakı qonşularla daha yaxın əməkdaşlığa çalışır. Bu məqsədlə biz qitəmizdə davamlı sülh, sabitlik, təhlükəsizlik və rifahı təmin edəcək bu əməkdaşlığın təşviqini intensivləşdirməliyik. Həm Sloveniya, həm Azərbaycan ölkələrimiz və xalqlarımız arasında yaxşı qonşuluq əlaqələrini, təhlükəsizliyi və əməkdaşlığı, eləcə də qarşılıqlı hörməti gücləndirmək üçün əlindən gələn səyləri göstərir. Biz ölkənizin həmin məqsədlərin həyata keçirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk. Regionda mühüm rol oynayan sabit və müvəffəqiyyətli Azərbaycan Avropa və bütün dünya üçün müstəsna əhəmiyyət kəsb edir. Biz, həmçinin ölkənizin müasir tarixində üzləşdiyi faciəli hadisələrlə tanışıq. Lakin əminik ki, Azərbaycan yaradıcı və açıq dialoq vasitəsilə bu günə qədər göstərdiyi eyni əzmkarlıqla mürəkkəb və ağrılı Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə ədalətli həllinə töhfəsini davam etdirəcəkdir. Biz inanırıq ki, beynəlxalq hüquqa əsaslanan ədalətli həll variantına nail olunacaq və qaçqınlar öz evlərinə qayıtmaq imkanı əldə edəcəklər”.
Danilo Türk ümidvar olduğunu bildirib ki, Sloveniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq ən qısa vaxtda daha da inkişaf edəcək və zənginləşəcək.
Sloveniya Prezidenti ölkələrimizin mədəniyyət və iqtisadiyyat sahələrində əməkdaşlığının daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, iqtisadi əməkdaşlıq baxımından ölkələrimizin potensialı böyükdür. “Səfər çərçivəsində məni müşayiət edən sloveniyalı iş adamları ölkənizin etimadına və dəstəyinə arxalanır”, - deyən Sloveniyanın dövlət başçısı yüksək qonaqpərvərliyə görə təşəkkür edərək bildirib ki, qarşılıqlı əməkdaşlıq sülh, təhlükəsizlik, sabitlik və inkişaf kimi ortaq məqsədlərə nail olmağa və xalqlarımızın rifahının təmin olunmasına töhfə verəcək.
Xəbər lenti
Hamısına baxElm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51

