Ermənistan beynəlxalq hüquq normalarını pozur...
10.02.2010 [10:07]
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsindən sonra ölkəmizdə hüquqi dövlət quruculuğunun əsası qoyuldu. Bununla da, Azərbaycanda həyata keçirilən istər daxili, istərsə də xarici siyasət beynəlxalq hüquq normalarına, konvensiyalara əsaslandı. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan həmin siyasət bu gün də uğurla davam etdirilir. Cənubi Qafqazın lider dövləti olan ölkəmiz eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq normaları əsasında həll olunmasına çalışır. ümumiyyətlə, sözügedən münaqişə ilə bağlı beynəlxalq aləmin mövqeyi də bunu deməyə əsas verir ki, Ermənistan beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan torpaqlarını işğal edib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə bildirilir ki, Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan sərhədlərini zorla dəyişdirməyə cəhd göstərib və işğal faktı ortadan qaldırılmalı, Ermənistan qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Nəzərə alınmalıdır ki, SSRİ-nin dağılmasından sonra “uti possidetis juris” beynəlxalq prinsipi yeni müstəqil dövlətlərin sərhədlərinin milli, regional və beynəlxalq legitimliyinin əsasını təşkil edir. Sözügedən prinsipə əsasən, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra Dağlıq Qarabağın da daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhədlər olaraq tanınıb və beynəlxalq hüququn mühafizəsi altına alınıb. Bu anlayış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf ərazilərindəki münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının yuxarıda bəhs edilən dörd qətnaməsində də öz əksini tapıb.
Bundan başqa, BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal altında olan torpaqlarına dair” qətnamənin qəbulu da işğalçı Ermənistanın beynəlxalq hüquq normalarına hörmət etmədiyini bir daha təsdiq etdi. Qəbul olunan bu qətnamədə də bildirilir ki, Ermənistan işğal faktına son qoymalı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamədə tələb olunan addımları atmalıdır. Təəssüf ki, rəsmi İrəvan beynəlxalq hüquq normalarını pozmaqda davam edir və bu günə qədər Azərbaycana qarşı davam edən zorakılığa əsaslanan siyasətə son verməyib.
Yeri gəlmişkən, münaqişənin həlli məsələsi Avropa Şurasının da gündəliyində qalmaqdadır. Belə ki, sözügedən məsələnin Avropa Şurası Parlament Assambleyasının 2005-ci ilin 25 dekabrında qış sessiyasında aparılan müzakirədə “ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı 1416 saylı qətnamə qəbul edilib. Parlament Assambleyası qətnamədə Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal olunduğunu bir daha təsdiq edərək, etnik düşmənçilik və onu müşayiət edən hərbi əməliyyatların çoxlu sayda insanın etnik əsasda qovulmasına və monoetnik ərazilərin yaradılmasına gətirib çıxardığına dair narahatlığını ifadə edib. Assambleya Avropa Şurasının üzvü olan bir dövlətin (yəni Ermənistanın-P.S.) digər ölkənin (yəni Azərbaycanın-P.S.) ərazisini işğal etməsinin həmin dövlətin üzvlük öhdəliklərini kobud şəkildə pozması demək olduğunu açıq şəkildə bəyan edərək, münaqişə zonasından didərgin düşmüş şəxslərin təhlükəsiz və ləyaqətlə geri qayıtması hüququnu bir daha təsdiq edib. Assambleya, həmçinin, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, münaqişə tərəflərini onları yerinə yetirməyə, xüsusilə də, işğal olunmuş ərazilərdən hərbi qüvvələri çıxarmağa çağırıb.
Ermənistanın Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan ərazi bütövlüyünü pozması faktı davamlı olaraq NATO-nun zirvə toplantılarının yekun bəyannamələrində də öz əksini tapır. İstər Buxarest, istərsə də Strasburqda keçirilən toplantıların yekun bəyannamələrində bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. Həll variantı isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşdırılmalıdır. Bu isə ölkəmizin bu münaqişədə haqlı tərəf olduğunu bir daha təsdiq edir.
2008-ci ildə Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə qəbul olunan “Moskva bəyannaməsi” də Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünün bərpasını vacib şərt olaraq səciyyələndirir. Ermənistan tərəfinin bu bəyannaməni imzalaması isə bir daha təsdiq edir ki, rəsmi İrəvan ölkəmizə qarşı işğal faktı həyata keçirdiyini etiraf edir. Bu, Ermənistanın aşkar şəkildə beynəlxalq hüquq normalarını tapdadığını bir daha nümayiş etdirir.
Azərbaycanın isə münaqişənin həlli ilə bağlı mövqeyi dəyişilməzdir. Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməməsi məsələsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “EURONEWS” telekanalına müsahibəsində də geniş toxunulub. ölkə başçısı bildirib ki, uzun illər ərzində davam edən proses münaqişənin sülh yolu ilə həllinə aparmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, artıq iyirmi ilə yaxındır ki, torpaqlarımız işğal altındadır: “Ermənistan beynəlxalq hüququn təməl prinsiplərini pozmuşdur. Bildiyiniz kimi, BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilməyib. Hazırda, danışıqlar yekun mərhələdədir. çünki danışıqların bütün dövrü ərzində müxtəlif variantların hamısı nəzərdən keçirilmiş və qəbul edilməmişdir. İndi isə, biz, necə deyərlər, nizamlanma üçün əsas ola biləcək Madrid prinsiplərini müzakirə edirik. Lakin əlbəttə ki, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən Ermənistanın öz qoşunlarını çıxararaq, beynəlxalq hüquq normalarına riayət etmək istəyindən asılı olacaqdır. Bundan sonra isə, sülh bərqərar oluna bilər”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

