Növbəti səfər və yeni mərhələ
23.06.2022 [09:51]
Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq dərinləşdirilir
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri yerli və beynəlxalq medianın diqqətindədir. Səfərin tarixi, dövlət başçılarının görüşü zamanı müzakirə olunan məsələlər və mühüm sənədlərin imzalanması müxtəlif rakurslardan təhlil edilir. Qeyd edilir ki, Cənubi Qafqazda yeni geostrateji reallıqların, Avrasiyada isə yeni beynəlxalq nizamın yaranması ərəfəsində Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə, ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirilməsinə xidmət edən təmasların baş tutması olduqca önəmlidir.
Yol xəritəsi müəyyənləşdirildi
Səfər çərçivəsində iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və digər məsələlər barədə geniş müzakirələr aparıldı. İki dost, qardaş və tərəfdaş ölkə arasında qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə aydın fikirlər, niyyətlər və planlar ifadə edildi, strateji yol xəritəsi müəyyənləşdirildi.
Əməkdaşlıq əlaqələrindən strateji tərəfdaşlığa...
Dövlət başçılarının görüşü zamanı səsləndirilən fikirlər deməyə əsas verir ki, təxminən üç onillik ərzində mövcud olan diplomatik əlaqələrin yüksələn xətt üzrə inkişafı tərəfdaşlığın güclənməsini mümkün və təmin edib. Başqa sözlə, diplomatik əlaqələrin qurulduğu 1995-ci ildən bu günə qədər atılan addımlar - həyata keçirilən fəaliyyət müxtəlif sahələrdə münasibətlərin inkişafı, işbirliyinin gücləndirilməsi üçün mühüm imkanlar yaradıb.
İki qardaş ölkə arasında işbirliyinin müqavilə-hüquq bazası zəngindir. Hələ 25 il əvvəl -1997-ci il iyun ayının 18-19-da Heydər Əliyevin Özbəkistana rəsmi səfəri ilə ikitərəfli əlaqələrdə yeni mərhələnin əsası qoyulub. Çünki səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanmışdı. Bu sənədlər içərisində ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə xüsusi yer tuturdu. Beləliklə, iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm hüquq-müqavilə bazasının formalaşdırılması yeni perspektivlər yaratdı. 2004-cü il martın 23-24-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamənin imzalanması isə tərəflərin siyasi iradəsini nümayiş etdirməklə yanaşı, münasibətlərin inkişafı üçün yeni yol açdı. Nəhayət, Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində 21 iyun 2022-ci il tarixində 20-yə yaxın sənədin, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamənin imzalanması ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsası qoyuldu. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq - həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var”.
Milli maraqlara dair bütün məsələlərdə qətiyyətli dəstək
Strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkələrimizin qlobal arenada, beynəlxalq təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləməsi baxımından da vacib və əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycan ilə Özbəkistanın Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələri mövcuddur.
Daşkəndin Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli və birmənalı dəstəyi isə xüsusi qeyd edilməlidir. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın azad edilməsi və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir”.
Türk dünyası üçün yeni perspektivlər
Yeni mərhələdə Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi Türk dünyasında inteqrasiyanın sürətləndirilməsi və münasibətlərin sıxlaşdırılması baxımından da faydalıdır. Məlumdur ki, iki ölkə Türk dünyasında mühüm söz və nüfuz sahibidirlər, geniş təsir imkanlarına malikdirlər. Tərəflərin münasibətlərinin inkişafı təkcə iki ölkə üçün deyil, türkdilli ölkələrin mövcud olduğu coğrafiyada geosiyasi və geoiqtisadi təşkilatlanmanın gücləndirilməsi, yeni güc mərkəzinin yaradılması baxımından əhəmiyyətlidir. Daha dəqiq desək, Azərbaycan ilə Özbəkistanın töhfələri Türk Dövlətləri Təşkilatının mövqeyinin möhkəmlənməsi, təsir imkanlarının artırılması üçün olduqca önəmlidir.
Xüsusilə də, 44 günlük müharibədə Qələbə qazanan Azərbaycanın geostrateji reallıqlar yaratması - yeni əməkdaşlıq imkanlarının, işbirliyi platformalarının reallaşdırılması Türk dünyası üçün də perspektivlərin yaranması deməkdir. Nəqliyyat-kommunikasiya sahəsində layihələrin reallaşdırılması isə bu xüsusda önəmli siyasi, iqtisadi dividendlər vəd edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında fəal rol oynayıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycana və tərəfdaşlarımıza mühüm siyasi-iqtisadi mənfəət qazandıracaq. Bölgədə kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizinin yaradılması, eyni zamanda, türkdilli ölkələr arasında çoxşaxəli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından olduqca əhəmiyyətlidir. Qeyd edək ki, bəhs olunan səfər zamanı tərəflər yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşımaları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq barədə razılığa gəliblər.
İkitərəfli münasibətlərin inkişafı və regional əməkdaşlıq üçün...
Ekspertlər bütün bu məqamları nəzərə alaraq İlham Əliyevin Özbəkistana səfərinin, önəmli razılaşmaların əldə olunmasının strateji əhəmiyyət daşıdığını ifadə edirlər. Təsadüfi deyil ki, dövlətimizin başçısı “Bu səfər həqiqətən tarixi səfərdir... Biz münasibətlərimizin gələcək hərtərəfli inkişafının əsasını qoyuruq” ,- deyə bildirib. Şavkat Mirziyoyevin səsləndirdiyi fikirlər isə Azərbaycanla hərtərəfli əməkdaşlığı genişləndirməyin ölkəsi üçün müstəsna əhəmiyyətə malik olduğunu təsdiqləyir. Özbəkistan Prezidenti “Son illərdə bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb, konkret məzmun kəsb edib” ,- deyə bildirib. O qeyd edib ki, “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır”.
Nəticə etibarilə, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlir. İlham Əliyevin dost və qardaş ölkəyə səfəri ikitərəfli münasibətlərin inkişafına xidmət etməklə yanaşı, regional təhlükəsizlik və əməkdaşlığa da mühüm töhfə kimi dəyərləndirilə bilər.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46

