Azərbaycan-Ukrayna münasibətləri çox fəal və dinamik inkişaf edir
29.01.2011 [09:47]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinə müraciətlə deyib: “Hörmətli Viktor Fyodoroviç, Sizi yenidən görməyimə, böyük uğurla inkişaf edən dialoqumuzu davam etdirmək imkanına görə çox şadam. Mən Ukraynaya səfərimi məmnunluqla xatırlayıram. Bizim diskussiyalarımız münasibətlərimizin gələcək inkişafına çox mühüm təsir göstərir. Bizim münasibətlərimiz çox fəal və dinamik inkişaf edir, “strateji tərəfdaşlıq”, “dostluq münasibətləri” kimi terminlərlə səciyyələndirilir. Əminəm ki, siyasi dialoqun genişlənməsi, iqtisadi sahədə, xüsusən, energetika sahəsində fəal qarşılıqlı əlaqələr xalqlarımızı daha da yaxınlaşdıracaq, təkcə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün deyil, həm də Qara dəniz və Xəzər dənizi regionunda əməkdaşlığın hərtərəfli yüksəlişi üçün əlverişli şərait yaradacaqdır. Sizi bir daha ürəkdən salamlamaq istəyirəm. ümid edirəm ki, Ukraynanın və Azərbaycanın rifahı naminə fəal işimiz davam edəcəkdir”.
Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan dövlətinin başçısına müraciətlə deyib: “Sağ olun, hörmətli İlham Heydər oğlu. Sizinlə növbəti dəfə görüşməyimə çox şadam. Bizim yüksək səviyyədə görüşlərin intensivliyi hökumətlərimizə, Sizinlə ikitərəfli münasibətlərdə müəyyən etdiyimiz proqramların icraçılarına da sirayət edir. Əlbəttə, yüksək səviyyədə siyasi dialoq təsdiq edir ki, ölkələrimiz arasında strateji münasibətlər xalqlarımızın dostluğunun təməlidir. Bu, müxtəlif böhranlar dövründə xüsusilə əhəmiyyətlidir. Ukrayna xalqı heç vaxt unutmayacaq ki, bizim üçün çətin bir dövrdə Sizin atanız Heydər Əliyev tarixi qərar qəbul etdi və Sizin ölkəniz Ukraynanı yanacaq-sürtkü materialları, neftayırma zavodlarımıza neft nəql edilməsi ilə dəstəklədi. Bu, həmin dövrdə Ukraynaya çatışmayan bir udum hava kimi zəruri idi və Prezident Heydər Əliyevin göstərişi ilə Azərbaycan bunu etdi. Siz bu xoşməramlı ənənələri davam etdirirsiniz. Biz çox şadıq ki, bütün 2010-cu il ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsinin fəal artımı qeydə alınmış, yeni fəaliyyət növləri yaranmış, yanacaq-sürtkü materialları, neft ticarəti xeyli fəallaşmışdır və bu gün nazirlərimiz bizim strateji müqaviləni daha mənalı edən növbəti saziş hazırlamışlar. Bilirəm ki, bu fəallıq çox cəhətdən Sizin şəxsi iştirakınızla əlaqədardır. Bunu demək mənə çox xoşdur ki, əlbəttə, 2011-ci ilin əvvəlindən danışsaq, biz növbəti addım atırıq və ticarət münasibətlərinin, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün birgə fəal səylərimizi davam etdirməliyik. Buna görə də məmnuniyyətlə qeyd etmək istəyirəm ki, biz birinci addımı birlikdə hazırlamışıq. Mən bu il Sizinlə razılaşdığımız kimi, həm Sizin üçün, həm də mənim üçün münasib vaxtda Azərbaycana səfər etməyi planlaşdırıram ki, dost siyasi, strateji dialoqu artıq Azərbaycan ərazisində davam etdirə bilək. Bu gün burada - bir sıra ölkələrin liderləri, hökumət rəhbərləri, siyasətçilər, işgüzar dairələrin nümayəndələrinin toplaşdığı Davosda təklif edirəm ki, nazirlərimiz bizim iştirakımızla ölkələrimiz arasında çox mühüm olan bu sənədləri imzalasınlar”.
Görüşdən sonra Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin iştirakı ilə Azərbaycan və Ukrayna arasında iki sənəd imzalanıb.
Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə Sazişi və Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında Memorandumu Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

