Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Bakıda 27 yaşlı kişi çimərlikdə qətlə yetirilib, şübhəli saxlanılıb

Bakıda 27 yaşlı kişi çimərlikdə qətlə yetirilib, şübhəli saxlanılıb

19.06.2024 [14:55]

Bakıda 27 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı qəsdən adam öldürmə faktına görə cinayət işi başlanılıb.

Bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 19-da saat 3 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1997-ci il təvəllüdlü Adil Talıbovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mətləb Süleymanlının rayonun Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Adil Talıbova xəsarətlər yetirməsinə və sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mətləb Süleymanlı iş üzrə şübhəli şəxs qismində tutulub.

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

80 ildən sonra...

19 İyul 09:53

Analitik

18-ci paket təsdiqləndi

19 İyul 09:16  

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 İyul 08:34  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31