Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın 600 mininci üzvünə partiya vəsiqəsinin təqdim olunması mərasimi keçirilib

YAP-ın 600 mininci üzvünə partiya vəsiqəsinin təqdim olunması mərasimi keçirilib

25.12.2012 [15:55]

Əli Əhmədov: Azərbaycanın tarixində YAP qədər üzvlərinin sayının bu səviyyədə olduğu digər bir siyasi təşkilat heç zaman olmayıb
Dekabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP-ın 600 mininci üzvünə partiya vəsiqəsinin təqdim olunması mərasimi keçirilib. YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, bu, partiyamızın tarixində əlamətdar hadisə olduğu kimi, bütövlükdə Azərbaycanın siyasi həyatının əlamətdar bir hadisəsidir.
Əli Əhmədov qeyd edib ki, Azərbaycanın tarixində YAP qədər üzvlərinin sayının bu səviyyədə olduğu digər bir siyasi təşkilat heç zaman olmayıb: “Məmnunedici haldır ki, YAP-ın 600 mininci vəsiqəsi Azərbaycanın gənc vətəndaşına verilir. Bu gənc BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi, YAP Sabunçu rayon təşkilatının üzvü Rövşən Mehman oğlu İsmayılovdur”.
YAP-ın 600 mininci üzvlük vəsiqəsinin Azərbaycanın gənc bir vətəndaşına verilməsinin ciddi əsası olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, partiyamızın sıralarına daxil olan insanlar arasında gənclər, o cümlədən, tələbələr üstünlük təşkil edir. O xatırladıb ki, YAP üzvlərinin 40 faizindən çoxunu gənclər təşkil edir. Amma hər il partiya sıralarına qəbul olan minlərlə üzvlərin arasında gənclər 50 faizdən çoxdur. Bu, isə o deməkdir ki, bir neçə ildən sonra gənclərin YAP sıralarında xüsusi çəkisi indiki 40 faizdən xeyli dərəcədə yüksək olacaq.
“Gənclər öz siyasi talelərini YAP-la bağlayırlar. Bu, o deməkdir ki, Azərbaycan gəncliyi ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti qətiyyətlə dəstəkləyir və bu siyasətin həyata keçirilməsində yaxından iştirak etmək niyyətlərini ifadə edərək YAP sıralarına qoşulurlar. Gənclərin partiyamızın sıralarına axını sadəcə, statistika deyil, bütövlükdə onun gücünün və əzəmətinin artmasının göstəricisidir. Bu yaxınlarda 20 illik yubileyini qeyd edən YAP gələcəkdə də dövlətimizə və xalqımıza şərəflə xidmət etmək əzmindədir” – deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, YAP-ın böyük gücünün və qüdrətinin kökündə dayanan bir çox fundamental əsaslar mövcuddur. “Birincisi, təbii ki, partiyanın Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılması və Onun müəyyənləşdirdiyi ideyalar və prinsiplərə əsaslanmasıdır. YAP-ın güc və qüdrət mənbəyi ilk olaraq bu dediklərimə istinad edir. Digər fundamental əsas YAP-ın ölkənin rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərməsidir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət və bu siyasətin böyük uğurlar qazanması, iqtisadiyatımızın güclənməsi, iqtisadi yüksəliş əsasında insanların rifahının yaxşılaşması, ölkəmizin imicinin dəyişdirilməsi, simasının yeniləşməsi, modernləşməsi, beynəlxalq aləmdə nüfuzunun artması və digər bu kimi amillər həyata keçirilən siyasətə insanların inamını möhkəmləndirib. Bu inam YAP-ın gücünü, qüdrətini artıran amillərdən biridir. Digər amil isə YAP-ın butövlükdə Azərbaycanın intellektual gücünü, siyasi intellektini özündə birləşdirməsidir. Bunun bir ifadəsi də YAP-ın öz sıralarında 600 min nəfər insanı birləşdirməsidir. Digər tərəfdən, bu, sadəcə bir statistika deyil, böyük intellektual gücün YAP-ın ətrafında sıx birləşməsini ehtiva edir və bu intellektual güc çoxlu sayda vətəndaşın YAP sıralarında birləşməsi ilə əzəmətli siyasi gücə və siyasi mərkəzə çevrilmiş olur. Bu insanlar Heydər Əliyev ideyalarına sadiqliyi, bu gün Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləmələri, bütövlükdə cəmiyyətdəki yüksək nüfuz və hörmətləri ilə YAP-ın nüfuzunu müəyyənləşdirirlər. Bütün bunların hamısı YAP-ın gücünü göstərən fundamental əsaslardır” – deyə, YAP Sədrinin müavini vurğulayıb.
Bu yaxınlarda YAP-ın 20 illik yubileyinin keçirildiyini xatırladan Əli Əhmədovun sözlərinə görə, partiyamız Azərbaycanda həyata keçirilən siyasətin, quruculuq, abadlıq işlərinin, ictimai-siyasi sabitliyin təmin edilməsinin, ölkəmizin müasirləşməsinin, yeniləşməsinin, dünya birliyinə sürətlə inteqrasiya edilməsinin mərkəzində dayanan həlledici qüvvələrdən biri olub və bu qüvvə kimi hazırda da özünü ifadə etməkdədir. “Beləliklə, YAP böyük bir şərəfli yol keçib və eyni zamanda, hesab edirik ki, partiyamız ölkəmizin inkişafı və daha da güclənməsi istiqamətində bundan sonra da böyük yol keçmək iqtidarındadır” – deyə, o, qeyd edib.
Daha sonra Əli Əhmədov YAP-ın 600 mininci üzvlük vəsiqəsini Rövşən İsmayılova təqdim edib. 600 mininci üzvə, həmçinin, partiyanın hədiyyəsi təqdim olunub.
R.İsmayılov çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafında böyük rol oynayır: “Mən Ümummilli liderimizin yaratdığı partiyaya üzv olmaqdan qürur duyuram. YAP Ulu öndərimizin ideyaları əsasında daim inkişaf edib. Bu gün partiya üzvlərinin sayı 600 min nəfərə çatıb və bu uğurlu rəqəmin mənə qismət olması sevincimi qat-qat artırır. YAP-ın bugünkü gücünün mənbəyi, xalqımızın, o cümlədən, gəncliyin YAP-a və onun Sədri, Prezident İlham Əliyevə olan inamı və sarsılmaz dəstəyidir. Bizim üzərimizə düşən vəzifə isə göstərilən etimadı doğrultmaqdır. Mən öz gələcək karyeramı YAP-la quracağam və fəaliyyətimlə daim partiyamıza töhfələr verməyə çalışacam”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1070 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30