Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ƏƏSMN bu ilin ötən dövründə 1160 nəfərə yaxın əlilliyi olan şəxsi əlil arabası ilə təmin edib

ƏƏSMN bu ilin ötən dövründə 1160 nəfərə yaxın əlilliyi olan şəxsi əlil arabası ilə təmin edib

07.08.2015 [00:13]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin ötən dövründə 1158 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud uşağı əlil arabası ilə təmin edib.
Bölgələrdə yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar müvafiq hallarda əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda təmin olunurlar. Bu isə həmin insanların əlil arabaları ilə təmin olunmaq üçün uzaq məsafə qət edərək və xərc çəkərək Bakıya gəlmək çətinliyinin aradan qalxmasına, onların müvafiq xidmətlərdən daha rahat və şəffaf şəkildə yararlanmalarına şərait yaradıb. Qeyd olunan işlərin davamı kimi, son iki gündə ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Gəncə şəhərində, Göygöl, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında yaşayan 26 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud olan uşağa əlil arabaları xüsusi ayrılmış avtomaşınla onların faktiki yaşadıqları ünvanlara aparılmaqla, şəxsən təqdim olunub.
Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar yaşadıqları rayonun (şəhərin) Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar verildiyi halda əlil arabası ilə təmin olunurlar.
PƏRVİZ

Paylaş:
Baxılıb: 742 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30