Azərbaycan veteranları ÜAK ətrafında baş verən hadisələrdən narahatdırlar
13.05.2017 [10:56]
2001-ci ildə yaradılan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) bu müddət ərzində Rusiya Federasiyasında yaşayan azərbaycanlıların problemlərinin həllində, onların Rusiya cəmiyyətinə inteqrasiyasına nail olunmasında, hər iki xalq arasında dostluq münasibətlərinin inkişafında mühüm işlər görüb.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, bu fəaliyyətin uğurla həyata keçirilməsində Rusiyanın müvafiq dövlət orqanlarının konqresin fəaliyyətinə göstərdikləri dəstəyin də xüsusi rolu olub. Məhz buna görə də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı bu ölkənin Ali Məhkəməsinə müraciət etməsi MDB məkanında, eləcə də dünyanın müxtəlif ərazilərində fəaliyyət göstərən əksər diaspor təşkilatları, həmçinin digər ictimai birliklər tərəfindən təəccüblə qarşılanıb. Həmin ictimai təşkilatların rəyinə görə, ÜAK daim Azərbaycan-rus xalqları arasında dostluq, mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və səmərəli iş aparmaqla, ikitərəfli münasibətlərin inkişafına müsbət töhfə verir. Uzun illər ərzində səmərəli iş aparan konqresin fəaliyyətinə yaranmış təhlükənin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi xüsusi narahatlıq doğurur.
Respublika Veteranlar Təşkilatı və Azərbaycanın çoxsaylı veteranları da ÜAK-ın Rusiya azərbaycanlılarının mənafelərinin müdafiəsi və bu ölkə ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, təşkilat ətrafında baş verənlərdən narahat olduqlarını bildirirlər: “Bizim qənaətimizə görə də, bu xoşagəlməz halın arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən qüvvələr və təşkilatların dayandığı şübhəsizdir. Biz inanırıq ki, Rusiya Federasiyasının müvafiq dövlət orqanları, bu ölkənin Ali Məhkəməsi məsələni lazımınca araşdıracaq və hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK-ın iki xalq arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsindəki rolunu nəzərə alacaq”.
“Rusiyada yaşayan azərbaycanlılar da məsələ ilə bağlı düzgün qərar veriləcəyinə və ÜAK-ın bundan sonra da fəaliyyətini uğurla davam etdirəcəyinə inanırlar. Rusiya Ali Məhkəməsinin qərarının ədalətli və müdrik olacağına bizim də şübhəmiz yoxdur”, - deyə C.Xəlilov qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

