"ABAD" "Sevmeli by Tunzale" şokoladlarını təqdim edib
29.01.2020 [11:39]
Turanə Qasımova: Hazırda satışda "ABAD"çıların istehsalı olan 95-dən artıq çeşiddə qida məhsulu var
Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafında innovativ dəstək mexanizmi olan "ABAD" (Ailə Biznesinə ASAN Dəstək publik hüquqi şəxs) yeni "ABAD"çı və onun hazırladığı qida məhsulunu təqdim edib. Bu dəfə "ABAD"çılar sırasına Xalq artisti Tünzalə Ağayeva qoşulub. O, "ABAD"ın dəstəyi ilə təbii məhsullardan istifadə edərək "Sevmeli by Tunzale” brendi altında yüksək keyfiyyətli şokoladlar istehsal edir.
Bununla əlaqədar keçirilən mətbuat konfransında "ABAD" publik hüquqi şəxsin Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr üzrə departamentin rəhbəri Turanə Qasımova "ABAD"ın indiyədək dekorativ-tətbiqi sənət və qida istehsalı sahəsində 419 nəfərə dəstək verdiyini bildirib. Onun verdiyi məlumata görə, hazırda satışda "ABAD"çıların istehsalı olan 95-dən artıq çeşiddə qida məhsulu var.
İstehsalçı "ABAD"çılar sırasına yeni qoşulan müğənni Tünzalə Ağayeva belə bir ideyanın uzun illərdən bəri onu düşündürdüyünü deyib: "Xalqımızın meyvə quruları ilə əlaqədar özünəməxsus ənənəsi var. Mən də meyvə qurularını çox sevirəm, onlar mənim qidamın tərkib hissəsini təşkil edir. "ASAN xidmət"in bir sıra layihələrində iştirak etsəm də, bu dəfə "ABAD"çı kimi özüm üçün də yeni olan formatda çıxış edirəm və açığını deyim ki, qürur hissi keçirirəm. Meyvə əzmələri və şokoladın bir yerdə gözəl və xoşagələn ağız dadına malik olduğunu düşünürəm və hesab edirəm ki, istehsal etdiyimiz məhsul hər zövqə malik alıcı üçün öz favoritini tapmaq imkanı yaradacaq. Mahnılarım kimi məhsulumuzun da seviləcəyinə inanır və hər kəsə "nuş olsun! " deyirəm".
"Sevmeli by Tunzale" haqqında videorolik nümayiş olunandan sonra məhsulun PR meneceri Nərmin Hüseynzadə yeni şokolad barədə daha ətraflı məlumat verib: “Yeni məhsulun adı Tünzalə xanıma məxsusdur və elə adından da göründüyü kimi, burada hər şey sevgiyə köklənib. Satışa çıxarılan hər qutuda hərəsindən 2 ədəd olmaqla dörd çeşiddə - giləmeyvəli, fıstıqlı, darçınlı və almalı şokolad var. Həmin məhsulların tərkibində şəkər və kimyəvi qatqılar yoxdur. Şokoladlar Belçikada istehsal edilir".
Mətbuat konfransında qeyd olunub ki, "ABAD"çı Tünzalə xanım www.abad.gov.az saytı vasitəsilə "ABAD"çı ol” bölməsində qeydiyyatdan keçib. Seçim mərhələlərini uğurla keçən Xalq artisti "ABAD"çı adını qazanaraq öz məhsulunu "ABAD"ın dəstəyi ilə istehsal edir. Şokoladlarının hazırlanması zamanı qida istehsalı üzrə bütün standart və normalara riayət olunur. "Sevmeli by Tunzale" məhsulunu "Fairmont Baku, Flame Towers" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən "ABAD" etno-butiklərindən əldə etmək olar.
Qeyd edək ki, "ABAD" (Ailə Biznesinə ASAN Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə yaradılıb. "ABAD" publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09

