Əmək hüquqları sistemində beynəlxalq təcrübəyə əsaslanan çoxsaylı yeniliklər gözlənilir
12.09.2020 [00:22]
Son illərdə yaradılmış rəqəmsal texnologiyalar pandemiya dövründə sosial dəstək tədbirlərinin təmassız, tam şəffaf və çevik təşkilində adi vaxtlarda olduğundan daha böyük üstünlüklər, imkanlar yaratdı. Belə innovasiyaların geniş tətbiqi qarşıdakı dövrdə də sosial islahatların əsas xəttini təşkil edəcək. Əmək hüquqları sistemində işçilərin və işəgötürənlərin mənafelərinin daha dolğun təminatı məqsədilə yerli və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan çoxsaylı yeniliklər olacaq.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Caspian Energy Club”un “Online B2G Forumu”nda bildirib.
“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev əmək və məşğulluq, sosial müdafiə sahəsində islahatların “Caspian Energy Club” üzvləri üçün böyük maraq kəsb etdiyini, hazırkı görüşün bu sahədə məlumat mübadiləsi, şirkətlərin müvafiq suallarının cavablandırılması, təkliflərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
S.Babayev Prezident İlham Əliyevin tapşırıqlarına əsasən pandemiya dövründə həyata keçirilən, 4 istiqamətdə 12 tədbiri əhatə edən sosial dəstək paketini diqqətə çatdırıb. Məşğulluğun və işçilərin əməkhaqqı gəlirlərinin qorunması, fərdi sahibkarların maddi cəhətdən dəstəklənməsi, ərzaq dəstəyi tədbirləri, birdəfəlik ödəmə proqramı, sosial müdafiə, özünüməşğulluq, ödənişli ictimai işlər proqramlarının genişləndirilməsi işləri barədə məlumat verib. Görülən tədbirlərin müsbət nəticəsi kimi, əmək müqavilələrinin sayında və əməkhaqqı fondunda, sosial ödənişlərdə artımları qeyd edib.
Nazir DOST layihəsinin uğurlarını, innovativ üstünlüklərini diqqətə çatdırıb. Ötən ildən 3 DOST mərkəzinin yaradıldığını, paytaxtın 8 rayonunun bu mərkəzlərin xidmətlərindən faydalandığını bildirib. Hazırda 7 şəhər və rayonda DOST mərkəzlərinin açılması üçün işlərin aparıldığını deyib.
Sahil Babayev “E-sosial” portalının üstünlükləri və funksional imkanlarından da bəhs edib. Bildirib ki, hazırda nazirliyin 53 e-xidməti, o cümlədən 26 proaktiv xidməti var, daha 57 e-xidmət də istifadəyə veriləcək. Onlardan 7-si ilin sonunadək işə salınacaq. Ümumən gələn il nazirlik üzrə e-xidmətlərin sayı 100-ə, proaktiv xidmətlərin sayı isə 51-ə çatacaq. Yəni, qurumun 132 xidmətindən 76 faizi elektronlaşdırılacaq.
Məşğulluq xidmətlərinin rəqəmsal müstəvidə müasirləşdirilməsi işlərini qeyd edən nazir vahid əmək münasibətləri platforması rolunu oynayacaq “Əmək münasibətləri və məşğulluq” altsisteminin, Məşğulluq xəritəsinin, Məşğul şəxslərin reyestrinin hazırlanmaqda olduğunu deyib.
Bildirilib ki, əmək müfəttişliyi sistemində ISO-37001 antikorrupsiya standartlarının tətbiqi də gələn il artıq başa çatacaq. Əmək Məcəlləsinə xeyli dəyişikliklər də nəzərdə tutulub. Məcəlləyə “ailə vəzifələri olan işçi”, “distant (məsafədən) iş”, “teleiş” və sair kimi yeni anlayışlar daxil ediləcək. Bu il xüsusi karantin dövründə də əmək funksiyalarının daha çox “distant (məsafədən) iş”, “teleiş” kimi formalarda yerinə yetirilməsi təcrübəsi də həmin anlayışların əmək qanunvericiliyinə daxil edilməsinin önəmini göstərir.
S.Babayev vurğulayıb ki, əmək münasibətlərində dolayı yolla ayrı-seçkiliyə yol verilməməsi, əmək müqaviləsinin imzalanması və tətbiqində, habelə müddətli əmək müqaviləsinin bağlanılmasında bəzən yol verilən sui-istifadə hallarının qarşısının alınması, işçinin əmək şəraiti şərtlərinin dəyişdirilməsinin qərəzli, qeyri-obyektiv xarakter daşımaması və sair üçün Məcəllədə dəyişikliklər ediləcək. Müharibə veteranı olan işçilərə verilən əmək məzuniyyətinin müddətinin uzadılması və sair də layihədə yer alıb.
“Online B2G Forumu”nda şirkət rəhbərləri və nümayəndələrinin sualları cavablandırılıb, səslənən təkliflərə dair fikir mübadiləsi aparılıb. Biznes nümayəndələri ilə dövlət qurumları arasında dialoqun aktivləşdirilməsi məqsədilə “Caspian Energy Club” ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında daimi işçi qrupunun yaradılması təşəbbüsü müzakirə edilib.
Qeyd edək ki, 2002-ci ildə yaradılan və mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirir. Əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club"ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.
Xəbər lenti
Hamısına baxElm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22

