Himayədar ailə modeli...
14.07.2023 [11:30]
Müvafiq təkmilləşdirmə işləri yerinə yetirilib
Azərbaycanda sosial sahənin prioritetliyi yüksək səviyyədə təmin edilir. Məqsəd ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılması, həyat səviyyəsinin davamlı qaydada yüksəldilməsidir. Buna nail olmaq üçün isə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi, meydana çıxan yeni çağırışlar nəzərə alınmaqla qanunvericilik bazası getdikcə təkmilləşdirilir və hüquqi əsaslar daha da möhkəmləndirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi buna daha bir nümunədir. Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a bildirilib ki, yeni qanunvericilik aktları ilə ölkəmizdə himayədar ailə modelinin tətbiqinə başlanır.
Himayədar ailə nədir?
Dünyada geniş yayılmış təcrübələrdən biri olan himayədar ailə qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsini nəzərdə tutur. Məqsəd həmin uşaqların ailə mühitində yaşamaları və inkişafına şərait yaratmaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, dövlət başçısının 2022-ci il 15 fevral tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti sahəsində səlahiyyətlər ötən ilin 1 noyabrından sözügedən quruma həvalə edilib. Himayədar ailə modelinin ölkəmizdə tətbiqi ilə bağlı Nazirlik tərəfindən qabaqcıl dünya təcrübəsi, xüsusilə Türkiyə təcrübəsi öyrənilməklə müvafiq işlər aparılıb. Övladlığagötürmə sahəsində olduğu kimi, himayədar ailə qayğı modeli üzrə müraciətlərin qəbulu və xidmətlərin idarə edilməsi də Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi üzərindən həyata keçiriləcək. Bununla bağlı altsistemdə müvafiq təkmilləşdirmə işləri yerinə yetirilib.
Himayədar ailə Nazirliklə himayədar valideyn olmaq istəyən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranacaq. Himayədar ailənin yaranması 3 mərhələdə həyata keçiriləcək:
1.Himayədar valideyn olmaq istəyən şəxslərin uçota alınması;
2.Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən olunması;
3.Nazirlik ilə himayədar valideyn olmaq istəyən şəxslər arasında müqavilənin bağlanması.
Aşağıda qeyd olunan Azərbaycan vətəndaşları himayədar valideyn ola bilər:
-yetkinlik yaşına çatmış hər iki cinsdən evli və ya subay olan,
-ən azı ümumi orta təhsilli və sağlamlıq vəziyyəti normal olan,
-ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkumluğu olmayan,
-Azərbaycan Respublikasının ərazisində daimi yaşayan.
Rüblük birdəfəlik müavinət veriləcək...
Uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olmaqla, ailədə adambaşına düşən orta aylıq gəlir ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən, yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi isə qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmamalıdır.
Himayədar valideyn olmaq istəyən nikahda olan şəxslərdən biri (ər və ya arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaş müəyyən olunub. Nikahda olmayan şəxslə ona himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır. 7 yaşına çatmış uşaq himayədar ailəyə onun fikri nəzərə alınmaqla, 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə veriləcək.
Himayədar ailələrə himayəyə götürdükləri hər uşağın tərbiyə edilməsinə görə aylıq müavinət uşaqların yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq, 355 - 435 manat arası məbləğlərdə müəyyən edilib. Həmin uşaqlara mövsümi geyim alınması üçün himayədar ailə birdəfəlik müavinət (hər rübdə 200 manat) də veriləcək.
Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları ilə eyni zamanda, valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi, habelə həmin müəssisələri tərk etməsi ilə bağlı mövcud olan mexanizm təkmiləşdirilib. Belə ki, yeni qanunvericilik aktlarında valideyn himayəsindən məhrum olmuş uşaq barədə məlumat alındıqda uşağın və onun ailəsinin həyat şəraitini, valideyn himayəsindən məhrum olma səbəblərini müəyyən etmək məqsədilə ilkin və əsaslı qiymətləndirilmənin aparılması, ailə inkişaf planlarının tərtib olunması, ailəyə yönəlik sosial dəstək tədbirlərinin göstərilməsi və s. məsələlər əksini tapıb.
Müavinətlərin növlərinə edilən dəyişikliklər
Dövlət başçısının təsdiqlədiyi qanuna əsasən “Müavinətlərin növləri” maddəsinə yeni yarımbəndlər əlavə edilib. Bunlar aşağıdakılardır:
- Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət;
- Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət;
- Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət - himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda;
- Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət - himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda.
- Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət - himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə ləğv edildikdə.
Məbləğ müəyyənləşib...
Bundan başqa, dövlət başçısı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 881-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə yeni Fərman imzalayıb.
Fərmana əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin məbləği müəyyənləşib.
Belə ki, himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:
- 0-6 yaş arası uşağa görə - 355 manat, 7-13 yaş arası uşağa görə - 375 manat, 14-18 yaş arası uşağa görə - 395 manat;
Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:
- 0-6 yaş arası uşağa görə - 395 manat, 7-13 yaş arası uşağa görə - 415 manat, 14-18 yaş arası uşağa görə - 435 manat.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

