Prezident İlham Əliyev müasir Azərbaycanı inkişafa aparan liderdir
19.09.2013 [10:11]
Ağstafa rayonunun Düzqışlaq, Pirili və Kolxəlfəli kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Belə ki, dünən partiyamızın Sədri, prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Düzqışlaq, Pirili və Kolxəlfəli kəndlərində keçirilib.
Tədbirləri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən, Ağstafa rayonunda gedən sürətli quruculuq-abadlıq işləri haqqında geniş məlumat verib. Qeyd edilib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin özünəməxsus milli inkişaf modeli yaradılıb. Rayon təşkilatının sədri deyib ki, 2003-cü ilin 15 oktyabr seçkilərində xalqın böyük inam və etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev ötən 10 ildə xalqımızın göstərdiyi etimadı tam doğruldaraq ölkəmizi davamlı yüksəliş yoluna çıxardıb.
Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədr müavini Elmar Kərimov bildirib ki, Ulu öndər Heydər Əliyev siyasi məktəbini keçmiş, yüksək, müasir intellekti və qabiliyyəti ilə Azərbaycan dövlətini uğurdan-uğura daşıyan möhtərəm Prezidentimiz İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişaf prosesində dinamizmi və məqsədyönümlülüyü təmin edib. Vurğulanıb ki, məhz, cənab İlham Əliyevin xüsusi səyi və qətiyyəti nəticəsində milli iqtisadiyyatımızın liberallaşdırılması, ölkəmizin beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər müstəqil Azərbaycanın yüksələn xətlə inkişafına səbəb olub.
Daha sonra çıxış edən təbliğat-təşviqat qrupunun üzvlərindən rayon Ağsaqallar Şurasının sədri Firdovsi Heydərli, şair Saqif Qaratorpaq bildiriblər ki, bazar iqtisadiyyatı münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son 10 ildə milli iqtisadiyyatımız yeni keyfiyyət parametrləri ilə möhkəm təməl üzərində sürətlə inkişaf edir.
Vurğulanıb ki, son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13 dəfə, adambaşına düşən xərc isə 11,6 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri on dəfələrlə artıb. Bütün bunlar cənab İlham Əliyevin vətəndaşların sosial rifahının yüksəlişinə xidmət edən sosial siyasətinin uğurlu nəticələridir.
Tədbirdə çıxış edən natiqlər, o cümlədən, kənd sakinləri 9 oktyabr 2013-cü il prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin yenidən qələbəsinə inandıqlarını bildiriblər. Azərbaycan dövlətinə sadiq Ağstafa rayonunun seçiciləri YAP-ın namizədi cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbəsi üçün çalışacaqlarını bəyan ediblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

