Xalqımız oktyabrın 9-da YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcək
19.09.2013 [10:16]
Bu fikir Ağcabədi rayonunun Nəcəfqulubəyli və Şənlik kəndlərində keçirilən görüşlərdə bir daha bəyan edilib
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağcabədi rayonu üzrə Seçki Qərargahının üzvləri sentyabrın 18-də təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlərini keçiriblər.
İlk görüş rayonun Nəcəfqulubəyli kəndində olub. Görüşü giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov seçicilərə partiyamızın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, rayonda görülən quruculuq işlərindən danışıb.
Tədbirdə çıxış edən rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyeva, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva və başqaları son 10 il ərzində, Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan danışıblar. Bu uğurların, eyni zamanda ölkəmizin tərəqqisinə xidmət etdiyini deyən natiqlər həyata keçirilən işlər nəticəsində Ağcabədinin də inkişaf etdiyini bildiriblər.
Daha sonra rayonun Şənlik kəndində görüş keçirilib. Görüşü giriş sözü ilə açan, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib ki, Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib: “Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın, o cümlədən ağcabədililərin həyatında hiss edildiyini bildirən rayon təşkilatının sədri “məhz buna görə də xalqımız oktyabrın 9-da YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcək” deyib.
Seçicilər qarşısında çıxış edən millət vəkili Tahir Rzayev deyib ki, ölkəmizdə həyata keçirilən mütərəqqi iqtisadi tədbirlər respublikamızın daha da güclənməsini təmin edib: “Bu gün hər bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Ümumiyyətlə, 2003-cü ildən etibarən, Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə və digər tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib”.
Seçicilər qarşısında çıxış edən millət vəkili Aqil Abbas deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları əsasında həllini qarşıda duran başlıca vəzifə hesab edir: “Əksər ekspertlərin də vurğuladıqları kimi Prezident İlham Əliyevin həyata keçirdiyi fəal hücum diplomatiyası beynəlxalq aləmdə Ermənistanın işğalçı siyasətinin ifşa olunmasını sürətləndirir. Artıq münaqişənin həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və bir sıra beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir”.
Görüşlərdə çıxış edən kənd sakinləri isə deyiblər ki, ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Ağcabədililər də rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon seçiciləri 9 oktyabrda Prezidentimiz İlham Əliyevə səs verəcəklər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48

