Tovuzlular cənab İlham Əliyevə səs verməklə tərəqqi və inkişafı seçmiş olacaqlar
21.09.2013 [09:59]
YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunun Qaraxanlı və Hunallar kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Bu məqsədlə Azərbaycanın bütün rayonlarında seçicilərlə ardıcıl görüşlər keçirilir. Tovuz rayonunda da cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər uğurla baş tutur. Dünən isə növbəti görüşlər olub. Rayonun Qaraxanlı və Hunallar kəndlərində baş tutan görüşlərdə çıxış edən prezidentliyə namizəd cənab İlham Heydər oğlu Əliyevin Tovuz rayonu üzrə seçki qərargahının üzvləri seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal olmağa və vətəndaş mövqelərini ortaya qoyaraq istədikləri namizədə səs verməyə çağırıblar.
YAP Tovuz rayon təşkilatının aparat rəhbəri Eldəniz Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun uğurlarından danışıb. O, deyib ki, Prezident İlham Əliyev bu posta seçilməzdən öncə xalqımız qarşısında verdiyi vədlərin hamısına əməl edib. Azərbaycan son 10 ildə böyük sürətlə inkişaf edib, ölkənin regionları əsaslı şəkildə dəyişib, müasirləşib, insanların sosial vəziyyəti xeyli yaxşılaşıb.
Daha sonra çıxış edən Seçki Qərargahının üzvü Mayıl Hümbətov ölkəmizin son illərdə böyük inkişaf yolu keçdiyini və hazırda Cənubi Qafqazda lider dövlət olduğunu vurğulayıb. M.Hümbətov bunun əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş, ağıllı siyasətin nəticəsi olduğunu bir daha bəyan edib. Sonda isə o deyib ki, bu gün Azərbaycan vətəndaşına, seçicisinə “sən kimə səs verəcəksən” sualını vermək artıqdır: “Çünki cavabı kifayət qədər aydındır - hamı ölkənin inkişafına, gələcəyinə - İlham Əliyevə səs verəcək”.
Seçki qərargahının üzvü Mücəməddin Axundov isə çıxışına prezident seçkilərinin ölkənin tarixindəki əhəmiyyətini qeyd edərək başlayıb. Onun sözlərinə görə, prezident seçkiləri ölkənin hansı yolla irəliləyəcəyini, xalqın öz gələcəyini kimə həvalə edəcəyini, bir sözlə, aqibətinin necə olacağını müəyyənləşdirir: “Ona görə də, 9 oktyabr Azərbaycan dövlətinin siyasi tarixində mühüm yer tutacaq. Hər bir vətəndaşımız 9 oktybarda öz demokratik hüququndan istifadə edərək dövlətimizin gələcək taleyini kimə həvalə edəcəyinə qərar verəcək”.
O, deyib ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin alternativi yoxdur. Dövlətimizin başçısı ötən 10 ildə gördüyü işlərlə təsdiqləyib ki, Azərbaycanın gələcək illərdəki inkişafı üçün də yeganə namizəd məhz İlham Əliyevdir: “Əslində, hesab edirik ki, cənab İlham Əliyevin təbliğata xüsusi ehtiyacı yoxdur. Çünki O, ötən 10 ildə irəli sürdüyü tezislərin həyatda əksini tapması, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri ilə təbliğatını Özü aparıb”.
Seçki Qərargahının üzvü Vəzir Süleymanov da son 10 ildə Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edib. Onun sözlərinə görə, dövlətimizin başçısı ötən 10 ildə fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Ona görə də bu siyasətin davamlı olması üçün 9 oktyabrda hamılıqla cənab İlham Əliyevə səs verməliyik.
Görüşlərdə çıxış edən seçicilər də Azərbaycanın daimi inkişafının hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirildiyini və bu siyasətin seçicilərin ürəyincə olduğunu vurğulayıblar. Tovuzlular bir daha əmin ediblər ki, 9 oktyabrda Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

