Sumqayıt seçiciləri cənab İlham Əliyevi dəstəkləyir
26.09.2013 [10:57]
YAP Sumqayıt şəhər təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhər seçiciləri ilə növbəti görüşünü keçirib
Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib.
Şəhər təşkilatının sədri bildirib ki, son 10 ildə ölkəmiz yüksək səviyyəli inkişaf yolu keçib. Qeyd edilib ki, bu müddətdə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb, əhalinin gəlirlərində yüksək irəliləyiş nəzərə çarpıb: “Bir faktı səsləndirmək istəyirəm ki, Prezident İlham Əliyev hər zaman regionların sosial inkişafını öz diqqətində saxlayıb. Son 10 ildə regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən Dövlət proqramları şəhərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına, insanların mədəni istirahətinin təşkilinə şərait yaradıb. Prezident İlham Əliyevin Sumqayıt şəhərinə olan diqqət və qayğısı haqqında xüsusi danışmağı bir sumqayıtlı kimi özümə borc bilirəm. Cənab İlham Əliyev son 10 ildə 11 dəfə, son 2 ildə 5 dəfə şəhərimizə səfər edib. Yeni zavodların açılışı, salınan yeni parklar şəhərimizin daha da yüksəlməsinə, iqtisadi göstəricilərin artmasına, o cümlədən, sumqayıtlıların daha firavan yaşamasına yol açıb. Bu gün Sumqayıt öz inkişafının yeni mərhələsini yaşayır. Mən əminəm ki, qədirbilən sumqayıtlılar hər zaman olduğu kimi, bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak edəcəklər və dövlətçiliyimizi, birliyimizi, inkişafımızı seçəcəklər”.
Çıxış edən təşviqat qrupunun üzvü, SDU-nun rektoru Nadir Qəhrəmanov ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Daha sonra çıxış edən təşviqat qrupunun üzvü, millət vəkili Leyla Abdullayeva sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinin dayandığını önə çəkib.
Çıxış edən Əbülfəz Babayev cənab İlham Əliyevin 10 illik fəaliyyətindən danışıb. O, təhsil sahəsində aparılan islahatlara diqqət çəkərək müasir Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırıldığını deyib.
Tədbirdə çıxış edən Əhməd Rəcəbli, Əşrəf Şəfiyev Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionlarda yeni məktəblərin, diaqnostika mərkəzlərinin, Olimpiya komplekslərinin tikilməsindən danışıblar. Vurğulanıb ki, ötən müddət ərzində atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Çıxış edən seçicilər bildiriblər ki, hər bir Sumqayıt seçicisi bu gün ölkə Prezidentinin apardığı siyasi kursu dəstəkləyir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

