Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda Ordu quruculuğu
24.06.2026 [23:29]
Hər il 26 İyun tarixində Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Ordusunun yaranması və inkişafı tarixində mühüm yer tutur. Müstəqil Azərbaycanın güclü və peşəkar ordusunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri xüsusi əhəmiyyət daşıyır.
Müstəqilliyin bərpasınan sonra ölkədə yaranmış mürəkkəb siyasi və hərbi vəziyyət güclü ordunun formalaşdırmasını zəruri edirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi ilə yanaşı ordu quruculuğunu da prioritet istiqamətlərdən biri elan etdi. Dahi Liderin rəhbərliyi altında Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizamsız silahlı dəstələrin fəaliyyəti dayandırıldı və dövlət nəzarəti altında birləşdirildi. Hərbi intizamın gücləndirilməsi, peşəkar kadrların hazırlanması və hərbi hissələrin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanda hərbi təhsil sisteminin inkişafına xüsusi diqqət yetirildi. Hərbi məktəblərin fəaliyyəti genişləndirildi, zabit hazırlığının keyfiyyəti yüksəldildi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli hərbi sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Liseyin yaradılmasına nail oldu. Bundan sonra Ulu Öndər Heydər Əliyevin fədəkarlığı sayəsində Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması mümkün olmuşdur. Ulu Öndər Azərbaycan gənclərini vətənə sədaqət, dövlətə bağlılıq və milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişdirməyə böyük önəm verirdi.
1994-cü ildə əldə olunan atəşkəs ölkədə sabitliyin təmin olunmasına və ordunun daha sistemli şəkildə inkişafina şərait yaratdı. Sonrakı illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrilməyin əsasını qazandı.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur.
Bu gün Azərbaycan Ordusunun qazandığı uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt dayanır. Onun ordu quruculuğu sahəsində qoyduğu möhkəm təməl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində Azərbaycan Ordusu öz gücünü və peşəkarığını bütün dünyaya nümayiş etdirmişdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nəaliyyətə imza atdı. Qəhrəman hərbiçilərimizin şücaəti sayəsində, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan müasir ordu quruculuğu siyasəti ilə qürur duyur, iftixar hissi keçiririk. Xalqımız inanır ki,ordumuzun gündən günə artan qüdrəti sayəsində vətənimizin müdafiəsi keçilməz olacaqdır.
26 iyun - Silahlı Qüvvələr Günü Azərbaycan xalqının ordusuna olan hörmət və ehtiramının ifadəsidir. Bu əlamətdar gündə Azərbaycan Ordusunun inkişafında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin minnətdarlıq hissi ilə yad edilir.
Pərvin Mirzəyeva
Naxçıvan şəhər 12 saylı tam orta məktəbin direktor müavini, YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

