Daşkəsən gənclərinin seçimi Yeni Azərbaycan Partiyasının namizədləridir
20.12.2014 [12:55]
YAP-ın bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş ilk dəfə bu il seçkilərdə iştirak edəcək gənclərlə keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası Daşkəsən rayonunda da uğurla davam etdirilir. Kampaniya çərçivəsində növbəti görüş ilk dəfə bu il seçkilərdə iştirak edəcək gənclərlə keçirilib. Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində baş tutmuş görüşü partiyanın Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev giriş sözü ilə açaraq rayon təşkilatının seçkilərə start verildiyi gündən gördüyü işlər və bu prosesdə gənclərin rolu barədə ətraflı məlumat verib. O, ilk dəfə səs verəcək gənclərimizi fəal olmağa və səsvermə günü seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıb. Onun sözlərinə görə, YAP Daşkəsən rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş 145 nəfərdən 58 nəfərini, yəni 40 faizini gənclər təşkil edir.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin dinamik inkişafı təmin olunub, o cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. O, bu inkişafın davamı üçün hər kəsi Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev isə deyib ki, bu seçkilərdə əsas məqsəd gənclərin fəallığını artırmaq, YAP-ın namizədlərinin qələbəsini təmin etməkdən ibarətdir. N.Həmzəyev respublikamızda gedən quruculuq, abadlıq işlərindən geniş bəhs edib, ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi qayğıdan söhbət açaraq gəncləri seçkilərdə fəal olmağa çağırıb.
Yığıncaqda iştirak edən gənclər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəklədiklərini bildirib, bu siyasətə daim sədaqətli olacaqlarını bəyan ediblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

