YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə Yevlaxda təntənəli tədbir keçirilib
15.11.2017 [10:15]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə Yevlaxda təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra “Sahil” istirahət mərkəzində davam etdirilən tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov deyib ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində şərəfli inkişaf yolu keçib. Onun sözlərinə görə, ümumxalq partiyası olan, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış və bu gün Prezident cənab İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu günü-gündən artmaqdadır.
Natiq deyib ki, YAP-ın əldə etdiyi uğurlar və qazandığı nailiyyətlər partiyamızın Yevlax rayon təşkilatında da öz əksini tapıb: “17 iyul 1993-cü ildə əsası qoyulan YAP Yevlax rayon təşkilatının say tərkibi günbəgün artmaqdadır. Bu gün YAP Yevlax rayon təşkilatının üzvlərinin sayı 8660 nəfər təşkil edir ki, onlardan da 4450 nəfəri qadınlar, 2010 nəfəri isə gənclərdir”.
Sonra Yevlax şəhər İcra Hakimiyyətinin başçısı, YAP Yevlax rayon təşkilatı İdarə Heyətinin üzvü Qoca Səmədov yubiley münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Q.Səmədov bildirib ki, YAP-ın yaranması müstəqillik tariximizdə yeni mərhələnin əsasını qoyub: “Zamanın tələbi ilə yaranmış, dünənin, bu günün və sabahın partiyası olan YAP 25 il ərzində şərəfli tarixi yol keçərək, müstəqil dövlətimizin möhkəmlənməsində xüsusi rol oynayıb. Bu yubiley münasibətilə bütün partiya üzvlərini, o cümlədən YAP Yevlax rayon təşkilatının hər bir üzvünü, rayonumuzun bütün əhalisini təbrik edirəm”.
Tədbirdə həmçinin YAP Yevlax rayon təşkilatı Qadınlar Şursının sədri Əminə Əhmədova, YAP Yevlax rayon təşkilatının sədr müavini Vahid Quliyev, YAP Yevlax rayon təşkilatının sədr müavini, Aparat rəhbəri Əli Quliyev və başqaları çıxış edərək ötən 25 ildə əldə edilən uğurlar barədə danışıblar. Qeyd olunub ki, tarixi zərurətdən yaranan YAP ümumxalq partiyası kimi bütün proseslərdə öndə olub. Bildirilib ki, məhz xalq arasında yüksək nüfuza malik olmasının nəticəsidir ki, hazırda YAP sıralarında 700 mindən çox üzv cəmləşib. Bu gün Heydər Əliyev ideyaları ölkəmizdə uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr Ulu öndər Heydər Əliyevin arzularının təzahürüdür.
Sonra partiyanın işində fərqləndiklərinə görə bir qrup YAP fəalları fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər. Tədbir şən musiqi və rəqslərlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

