YAP-ın Suraxanı rayon təşkilatının nümayəndələri Hövsanda seçicilərlə görüş keçiriblər
24.03.2018 [10:14]
Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatının nümayəndələri təbliğat-təşviqat kampaniyası çərçivəsində Hövsan Nord Mədəniyyət Evinin qarşısındakı meydanda seçicilərlə görüş keçiriblər.
Görüşdə 5000 nəfərdən çox seçici iştirak edib. Tədbiri giriş sözü ilə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov açaraq, seçkilərlə bağlı görülən işlər haqqında məlumat verib. O, bildirib ki, 2003-2018-ci illər ərzində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bir çox işlər görülmüş, tarixi nailiyyətlər qazanılmışdır, Ulu öndər Heydər Əliyev yolu ləyaqətlə davam etdirilmiş, müstəqil Azərbaycan inkişafda olan ölkələr arasında öz yerini möhkəmləndirmişdir. Vüqar Seyidov öz çıxışında dövlətin Suraxanı rayonuna olan qayğısından geniş danışıb və bildirib ki, cənab İlham Əliyev 15 il ərzində 30 dəfədən çox Suraxanıda olmuş, bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişdir. V.Seyidov Suraxanı seçicilərini 11 apreldə fəal olmağa, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə dəstək olmağa səsləyib.
Milli Məclisin deputatlarından Sevinc Fətəliyeva və Ağacan Abıyev son illərdə ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəlmiş layihələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ordu quruculuğundan, iqtisadi yüksəlişdən, dayanıqlı inkişafdan söhbət açaraq, bu nailiyyətlərin asan yolla əldə olunmadığını bildiriblər, seçiciləri bir daha YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbirdə “Ruslan” MMC hüquq firmasının direktoru, Suraxanı sakini Loğman Abdullayev hər bir vətəndaşın seçmək hüququ olduğunu deyib və bu hüquqdan səmərəli istifadə etmələrini tövsiyə edib, eyni zamanda, ən layiqli namizəd olan İlham Əliyevə səs verməyə çağırıb.
Suraxanı rayon qadınları adından çıxış edən 20 Yanvar şəhidi ailəsi Şövkət Xanməmmədova sülh və əmin-amanlıq şəraitində yaşamağımızdan, insanlara olan qayğıdan söhbət açıb və ən layiqli namizədin ətrafında sıx birləşməyə çağırıb. Gənclər adından çıxış edən Arzu Həsənzadə gənclərin dostu, gənclər siyasətinin ölkədə dövlət siyasəti səviyyəsində inkişafına dəstək verən cənab İlham Əliyevə bütün gəncləri səs verməyə dəvət edib. Həmçinin görüşdə çıxış edən Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Suraxanı rayon sakini Hicran Şərifov son 15 ildə ölkəmizin idman tarixindəki uğurlardan danışıb və bu uğurların təminatçısı cənab İlham Əliyevə səs verməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

