YAP qəlbi vətən sevgisi ilə dolu olan hər kəsin partiyasıdır
07.03.2019 [10:22]
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 26-cı ildönümü və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 26-cı ildönümü və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açıb. Öncə tədbir iştirakçılarını əlamətdar günlər münasibəti ilə təbrik edən R.Göyüşov sonra YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolu barədə danışıb. Natiq partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd edib. O, partiyanın sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin xalqımızın Heydər Əliyev ideyalarına etimadının və dövlətimzin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyinin bariz nümunəsi olduğunu söyləyib.
Ramiz Göyüşov bildirib ki, YAP-ın yaradılmasından sonra ilk yaradılan rayon təşkilatlarından biri də məhz Binəqədi rayon təşkilatıdır. Qeyd edilib ki, 1993-cü ilin 7 mart tarixində təsis edilən YAP Binəqədi rayon təşkilatı hazırda sıralarında 15 mindən çox partiya üzvünü birləşdirir.
Sonra çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov partiyanın yaradılmasının tarixi zərurət olduğunu bildirərək diqqəti o zamankı siyasi vəziyyətə yönəldib. Komitə sədri 1990-cı illərin əvvəllərində ölkəni idarə edən şəxslərin yarıtmaz fəaliyyətinin xalqın səbir kasasının daşmasına səbəb olduğunu, xalqımızın Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdiyini, Ümummilli Liderimizin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini bildirib. E.İbrahimov həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı üçün misilsiz xidmətlər göstərdiyini və Ümummilli Liderimiz tərəfindən əsası qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Komitə sədri həmçinin YAP Binəqədi rayon təşkilatının üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini deyib. Çıxışında Azərbaycan tarixində, elm və mədəniyyətində Azərbaycan qadınının özünəməxsus yeri haqqında da danışan natiq YAP-ın yarandığı tarixi dövrdə də Azərbaycan qadınının siyasi proseslərdə yaxından iştirak etdiyini bildirib.
Çıxış edən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Füdumə Hüseynova partiyanın yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul etdiyini bildirib. F.Hüseynova tarixi müstəqil Azərbaycanın tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyasının ölkəmizin keçdiyi inkişaf yolunun bələdçisi, uğurların təminatçısı olduğunu qeyd edib.
Natiq çıxışında, eyni zamanda, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə qadınların da mühüm rol oynadığını deyib.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də çıxışında YAP-ın Azərbaycanın siyasi həyatındakı əhəmiyyətli yerindən və rolundan bəhs edib. Natiq partiyanın yaranması və uğurlu siyasi fəaliyyəti ilə Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etdiyini, xalqımızı nicat yoluna çıxardığını vurğulayıb. Bəhruz Quliyev deyib ki, YAP təkcə partiya üzvlərinin deyil, qəlbi vətən sevgisi ilə dolu olan hər kəsin partiyasıdır. Natiq həmçinin ölkəmizdə uğurlu qadın siyasətinin həyata keçirildiyini də bildirib.
Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə də öncə tədbir iştirakçılarını iki əlamətdar hadisə münasibətilə təbrik edib. O, Azərbaycan qadınlarının ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsi işinə öz töhfələrini verdiyini deyib.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan YAP-ın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bildirib ki, bütün bunlar partiyanın qurucusu Ümummilli Lider Heydər Əliyevin uğurlu strategiyasının məntiqi nəticəsi idi. Bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlər qazanıb.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı həmçinin ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən və qadınların cəmiyyətdə, ictimai-siyasi həyatda fəallıqlarından söhbət açıb. Natiq ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınlarının bütün sferalarda uğurlar qazandıqlarını və bu uğurların ölkəmizin daha da inkişafına zəmin yaratdığını vurğulayıb.
Çıxışlardan sonra rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadın fəxri fərman və hədiyyələr ilə təltif olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28

