YAP Binəqədi rayon təşkilatında “Güclü lider - güclü Azərbaycan” adlı tədbir keçirilib
05.04.2019 [09:40]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi, Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə cənab İlham Əliyevin 2018-ci ildə yenidən Prezident seçilməsinin 1 illiyinə və ölkədə aparılan sosial, iqtisadi, siyasi islahatlara həsr olunmuş “Güclü lider - güclü Azərbaycan” adlı tədbir keçirilib. YAP Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı islahatların həyata keçirildiyini və vətəndaşların maraqlarına xidmət edən bir sıra məsələlərin öz həllini tapdığını diqqətə çatdırıb. Rayon təşkilatının sədri çıxışında, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramlarından, bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələrinin uğurla icra olunmasından danışıb.
Çıxışında həmçinin Azərbaycan əleyhinə çirkin, əsassız qarayaxma kampaniyası aparan bir qrup şəxsin, müxalifət nümayəndələrinin bu cür pozucu fəaliyyətini kəskin tənqid edən Ramiz Göyüşov dövlətimizin çiçəklənməsini və inkişafını gözü götürməyən qüvvələrə qarşı hər zaman xalqımızın layiqli cavab verdiyini söyləyib. Bildirib ki, xalqımız dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşib və heç bir antimilli qüvvə bu birliyə mane ola bilməz.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov əvvəlki illərdə olduğu kimi, ötən bir il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildirib. Natiq 2018-ci ilin aprelində növbəti dəfə xalqın yüksək etimadını qazanan cənab İlham Əliyevin növbəti prezidentlik dövrünün ilk 1 ilini yüksək səciyyələndirərək bu müddət ərzində dövlətimizin hərtərəfli inkişafı və xalqın sosial rifahının daha da gücləndirilməsi istiqamətində görülən işlərin məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. Ziyafət Əsgərov son bir il ərzində Azərbaycanda ciddi institusional islahatların aparıldığını, həmçinin 2019-cu ilin ilk iki ayında əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımların atıldığını, yeni islahatların ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsinə xidmət etdiyini bildirib.
Milli Məclis sədrinin birinci müavini çıxışında həmçinin son illər Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar barədə də danışıb.
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında parlamentdə ötən payız sessiyyasında səhiyyə sahəsində qəbul edilən qərarlar barədə danışıb, bu istiqamətdə ölkəmizdə həyata keçirilən siyasətin əhəmiyyətini vurğulayıb. Natiq hər il dövlət büdcəsindən səhiyyənin inkişafına ayrılan xərclərin əhəmiyyətli dərəcədə artdığını, səhiyyə sahəsinin inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu söyləyib.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Bakı şəhərində aparılan abadlıq-quruculuq, yenidənqurma işləri fonunda Binəqədi rayonunda görülən və gələcəkdə görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verib. Qeyd olunub ki, son 15 il ərzində Azərbaycanda bütün sahələrdə ancaq müsbət inkişaf dinamikası müşahidə olunur. İqtisadiyyatın elə bir sektoru yoxdur ki, orada ən azı 2 dəfədən çox artım olmasın. Azərbaycan Prezidentinin və dövlətinin əsas məqsədi əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, son illərdə qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etməkdir.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28

