YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20.04.2019 [10:21]
Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Sumqayıt şəhərində yerləşən YAP Qubadlı rayon təşkilatının qərargahında keçirilmiş konfransda Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının nümayəndələri, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə YAP Qubadlı rayon təşkilatının binasında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev rayon təşkilatının fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, rayon təşkilatı sıralarında 3617 üzvü birləşdirir. Bu üzvlərin 1656 nəfərini gənclər, bu gənclərin isə 684 nəfərini qadınlar təşkil edir. Təşkilatın Gənclər Birliyinin üzvlərindən 778-i ali, 431-i orta ixtisas, 342-si orta təhsillidir. Onlardan 634-ü təhsil, 70-i mədəniyyət, 121-i səhiyyə sahələrində, 202-si idarəetmə orqanlarında, 334 nəfəri isə digər idarə və müəssisələrdə çalışır.
Daha sonra geniş məruzə ilə çıxış edən YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri Aqil Quliyev hesabat dövründə görülmüş işlərdən bəhs edib. Bildirilib ki, məcburi köçkün həyatı yaşayan Qubadlı gəncləri Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasi kursu dəstəkləyir. A.Quliyev ölkəmizdə gənclərin inkişafı ilə bağlı dövlətimizin xüsusi diqqət və qayğısından danışıb.
Çıxış edən Milli Məclisin deputatı İmamverdi İsmayılov qeyd edib ki, ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, rayon Zilanlı kənd orta məktəbinin müəllimi Sənəm Quliyeva və digər natiqlər gənclərə göstərilən diqqət və qayğıdan, onların inkişafı üçün yaradılan şəraitdən bəhs ediblər.
Daha sonra təşkilati məsələlərə baxılıb və YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin 12 nəfərdən ibarət şurası, 5 nəfərdən ibarət idarə heyəti seçilib. Ülvi Qasımlı YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Bundan başqa, YAP Gənclər Birliyinin ümumrespublika konfransında iştirak edəcək nümayəndələri müəyyənləşdirilib.
Sonda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup rayon sakininə YAP Qubadlı rayon təşkilatının fəxri fərmanları təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

