Gəncədə “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib
23.05.2019 [09:47]
Yeni Azərbaycan Partiyasının (YAP) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, BMT-nin elan etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təmin olunması istiqamətində görülən işlərə töhfə vermək məqsədi daşıyan konfransın iştirakçıları əvvəlcə müasir, müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə işə başlayıb.
Bildirilib ki, Azərbaycanda inkişafın dayanıqlığının təmin olunması istiqamətində işlərə 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərinə qoşulmaqla başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində ölkədə yoxsulluğun və işsizliyin azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycanın 190 ölkə arasında 32 pillə irəliləyərək, 57-ci pillədən 25-c yerə yüksəldiyini diqqətə çatdırıb. “Dünya Bankı kimi nüfuzlu bir qurumun hesabatında yüksək pilləyə qalxmağımız, uğurlarımız Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirdiyini bir daha göstərir”, - deyə S.Orucov vurğulayıb.
Konfrans işini iki paneldə davam etdirib.
YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Gənclər Birliyini sədr müavini Ramin Məmmədov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbərinin müavini Dinara Abbas, Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova panellərdə çıxış edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanda görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat veriblər.
Məruzəçilər qlobal layihənin həyata keçirilməsində, daha yaxşı gələcək üçün yoxsulluğu aradan qaldırmaqda, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizədə gənclərin fəal iştirakının, həmrəy olmalarının vacibliyini vurğulayıblar.
Konfransda qeyd olunan məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb, gənclərin sualları plenar üzvləri tərəfindən ətraflı cavablandırılıb.
Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə fəal gənclərə fəxri fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

