Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin qonağı olub
24.07.2019 [09:35]
İyulun 23-də ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olub.
Sadə bir Azərbaycan vətəndaşının ailəsi və sosial həyatı ilə tanışlıq xarakteri daşıyan bu görüşdə əvvəlcə qonağı salamlayan Mübariz Abdullayev Çin xalqına dərin hörmətini dilə gətirərək hələ gənc yaşlarından bu ölkənin və xalqın adət-ənənələri ilə maraqlandığını deyib. O, Çində xalq təbabətinin geniş inkişaf etdiyini xatırladıb və indiyə qədər böyük həvəslə oxuduğu Çin dilindən tərcümə olunan “Ağıl mücrüsü” kitabından sitat gətirərək oradakı dərin fəlsəfədən yararlandığını deyib.
Azərbaycanın da Çin dövləti kimi çox böyük tarixə malik olduğunu qeyd edən Çin nümayəndə heyətinin rəhbəri Sun Tao isə öz növbəsində xalqlarımız arasında tarixi əlaqələrdən, ümumi Şərq mədəniyyətinin çalarlarını özündə əks etdirən adət-ənənələrdən, Böyük İpək yolunun yenidən bərpa olunmasından bəhs edib.
Sun Tao Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında bütün sahələrdə inkişaf etməkdə olan münasibətlərin, hər iki ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi siyasətin xalqlarımızın mənafeyinə uyğun olduğunu xüsusilə diqqətə çatdırıb. Eyni zamanda, S.Tao hər iki dövlət və hakim partiyalar arasında münasibətlərin inkişaf etməsindən məmnunluğunu dilə gətirib.
YAP-a üzv olması barədə qonağın sualına cavab olaraq M.Abdullayev bildirib ki, övladları da partiya üzvüdür, xalqımızın Ümummilli Lideri Heydər Əliyevə olan məhəbbət onu və ailəsini bu partiyaya gətirib. Qonaq isə öz növbəsində M.Abdullayevin və ailəsinin partiyaya belə sədaqətini yüksək qiymətləndirdiyini söyləyib.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə YAP-ın hər bir üzvünün Çin nümayəndə heyətini evində qəbul etməyə hazır olduğunu dilə gətirərək Mübariz Abdullayevin mənzilində çay süfrəsi arxasında keçirilən bu görüşün qonaqlarda da xoş təəssürat yaratdığını qeyd edib.
Daha sonra Çin nümayəndə heyətinin rəhbəri Sun Tao M.Abdullayevin ailə üzvləri ilə tanış olub, M.Abdullayevin Çin xalqına və dövlətinə böyük marağını nəzərə alaraq özü və 1 nəfər ailə üzvünün Çinə səfərini təşkil edəcəyini bildirib. Sonda M.Abdullayev və Sun Tao bir-birlərinə hədiyyə veriblər. Eyni zamanda, YAP Nəsimi rayon təşkilatı tərəfindən də qonaqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, görüşdə Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min, Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və Çin nümayəndə heyətinin üzvləri də iştirak ediblər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

