Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvləri ilə millət vəkili Nizami Səfərovun onlayn görüşü olub

YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvləri ilə millət vəkili Nizami Səfərovun onlayn görüşü olub

12.09.2020 [00:11]

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı Gənclər Birliyinin üzvləri ilə Samux rayonundan Milli Məclisin deputatı Nizami Səfərovun görüşü keçirilib. Onlayn formada baş tutan görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və təşkilatın Gənclər Birliyinin üzvləri iştirak ediblər. Görüşdə ölkəmizdə pandemiyaya qarşı aparılan effektiv mübarizədən və cəbhənin Tovuz rayonu istiqamətində düşmən təxribatından bəhs edilib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Nizami Səfərov əvvəlcə gənclərə öz tövsiyələrini verərək deyib ki, peşəsindən, vəzifəsindən, statusundan və tutduğu mövqedən asılı olmayaraq hər bir şəxs öz vətəndağlıq borcunu layiqincə yerinə yetirməlidir. Gənclər çalışdıqları hər bir sahədə xalqa, dövlətə ləyaqətlə xidmət etməlidirlər.

Sonra pandemiyaya qarşı aparılan effektiv mübarizədən bəhs edən millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin düzgün və vaxtında atdığı mühüm addımlar sayəsində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısı alınıb, uğurlu nəticələr əldə olunub.

Daha sonra Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısının layiqincə alındığını da diqqətə çatdıran N.Səfərov qeyd edib ki, həmin vaxt on minlərlə vətənpərvər gəncin öz torpaqları uğrunda döyüşmək üçün hazır olduqlarını bildirməsi təqdirəlayiq haldır.

Görüşdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, qətiyyəti ilə torpaqlarımız tezliklə düşmən işğalından azad olunacaq və məcburi köçkün həyatı keçirən soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Görüşdə çıxış edən gənclər də mövzu ilə bağlı öz fikirlərini bildiriblər. YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri vurğulayıblar ki, bu gün ölkə gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib.

Paylaş:
Baxılıb: 587 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31