Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Rəşad Cəbrayılov: Hər bir vətəndaş məsuliyyətli davranmalı və qaydalara əməl etməlidir

Rəşad Cəbrayılov: Hər bir vətəndaş məsuliyyətli davranmalı və qaydalara əməl etməlidir

17.09.2020 [09:29]

“Dünyada koronavirus pandemiyası hələ də davam edir. Bir müddət əvvəl bəzi sərt qadağaları aradan qaldıran dövlətlər artıq yenidən həmin qadağaların tətbiqini zəruri hesab edir. Bunu qonşu Gürcüstanın və Türkiyənin misalında görə bilərik. Baş verənlər bir daha onu göstərir ki, hazırki vəziyyətdə insanların bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov deyib.
Onun sözlərinə görə, bu gün ölkəmizdə bir sıra yumşalmaların olması, bəzi şərtlər daxilində təhsil ocaqlarının fəaliyyətə başlaması, o cümlədən yoluxma sayının azalması heç kimi arxayınlaşdırmamalıdır. Əks halda indiyə qədər dövlətin COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində gördüyü işlər puç olar. “Virusun yayılmasının qarşısının alınması üçün hər bir vətəndaş müvafiq qaydalara əməl etməlidir. Cənab Prezident də dəfələrlə bildirib ki, vətəndaşların məsuliyyətli davaranışı koronavirusla mübariəzədə əhəmiyyətli şərtlərdəndir. Bu baxımdan, insanlarımız nəzərə almalıdır ki, qarşıdan payız-qış fəsli gəlir və bu fəsildə infeksiyanın daha çox yayılma riski mövcuddur. Bunun olmaması üçün bütün önləyici tədbirləri görmək hər birimizin əsas vəzifəsidir”, - deyə rayon təşkilatının sədri qeyd edib.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30