Güllü Əhmədova: İnsanların sağlamlığının qorunması ölkəmiz üçün əsas prioritetdir
17.09.2020 [09:33]
“Qısa müddətdə dünyanın bütün ölkələrinə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ölkəmizədə də qeydə alınıb və qarşımıza bir sıra çətinliklər çıxarıb. Ancaq Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət, pandemiyaya qarşı səmərəli mübarizə tədbirlərinin görülməsi bu sınaqdan az itkilərlə çıxmağımıza səbəb olub. Dövlətimiz pandemiya dövründə də öz ənənəsinə sadiq qalaraq ölkə vətəndaşlarının həyatını, sağlamlığını qorumaq, onların sosial müdafiəsini təmin etmək üçün mümkün olan hər şeyi edir. Prezident İlham Əliyev son vaxtlarda keçirilən müxtəlif tədbirlərdə dəfələrlə bəyan edib ki, insanların sağlamlığının qorunması ölkəmiz üçün əsas prioritetdir. Bu məqsədlə respublikamızda virusa ilk yoluxma faktı qeydə alınandan etibarən güclü səhiyyə tədbirləri görülür. Belə ki, pandemiya dövründə respublika üzrə səhiyyə infrastrukturunun möhkəmləndirilməsi, çarpayı fondunun artırılması, yeni müasir laboratoriyaların yaradılması, testlərin keçirilməsi diqqət mərkəzində saxlanılır”.
Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Güllü Əhmədova deyib.
O bildirib ki, indiki dövrdə Azərbaycan dövlətinin gündəliyində duran digər bir vacib məsələ pandemiyanın insanların sosial vəziyyətinə mənfi təsirini azaltmaqdan ibarətdir. “Respublikamızda pandemiya dövründə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında genişmiqyaslı məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cari ilin birinci yarısında respublikamızda pensiyaların, sosial müavinətlərin ödənilməsinə rekord həcmdə maliyyə vəsaiti yönəldilib. Bütövlükdə, ölkəmizdə pandemiya şəraitində reallaşdırılan geniş sosial dəstək proqramlarından təxminən 5 milyon insan faydalanır”, - deyə G.Əhmədova qeyd edib.
Güllü Əhmədova əlavə edib ki, indiki çətin dövrdə dövlətin pandemiyaya qarşı mübarizə çərçivəsində gördüyü tədbirlər cəmiyyətimizdə yüksək vətəndaş məmnunluğunu təmin edib. Bunu Prezident İlham Əliyevin ünvanına gələn minnətdarlıq məktubları da təsdiqləyir.
“Bütün bunları qeyd etməklə yanaşı onu da bildirməyi özümə borc bilirəm ki, karantin qaydalarını pozan vətəndaşlar cəmiyyətdə ictimai qınağa tuş olmalıdırlar. Qanun hər bir insan üçün eynidir. Vətəndaşların gigiyena qaydalarını gözləmələri, tibbi maskadan istifadə etmələri və sosial məsafə saxlamaları vacibdir. Ölkəmizi, xalqımızı qorumaq hər birimizin vətəndaşlıq borcudur”, - deyə YAP Qax rayon təşkilatının rəsmisi vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39

