Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəkiyyə Musayeva: Bu qələbə Azərbaycan tarixində əbədi qalacaq

Zəkiyyə Musayeva: Bu qələbə Azərbaycan tarixində əbədi qalacaq

20.11.2020 [09:44]

“Azərbaycan dövləti tərəfindən dəfələrlə işğalçı Ermənistana xəbərdar edilmişdi ki, öz təcavüzkar siyasətindən əl çəksin. Hər kəsə bəlli idi ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək. 30 ildir Azərbaycan xalqı səbir və dözümlə düşmənin mənfur niyyətindən əl çəkməsini gözlədi. Lakin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozması azmış kimi, Ermənistan rəsmiləri müxtəlif təxribatçı bəyanatlar səsləndirir, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma həyata keçirirdilər”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva deyib.
Z.Musayevanın sözlərinə görə, 27 sentyabrda başlayan əks-hücum əməliyyatları ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bərabər, dünyanı qorxunc bəladan xilas etdi: “Təcavüzkara layiq olduğu yer göstərildi, rəşadətli ordumuzun igid əsgərləri canları, qanları bahasına ədalətin kor qalan gözünə işıq oldular. Bütün təzyiqlərə, ikili standartlara, iftiralara baxmayaraq, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir an belə öz qətiyyətindən geri çəkilmədi, xalqına güvənərək əsl liderlik mövqeyini ortaya qoydu. Bu gün ölkəmizdə zəfər yelləri əsir, müqəddəs Qarabağın hər yerində üçrəngli bayrağımız qürurla dalğalanır. Şuşada azan səsi yüksəlir. Cənab Prezidentin qeyd etdiyi kimi, “Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq”. Bayrağımızın Ağdam, Kəlbəcər və Laçında da dalğalanmasını səbirsizliklə gözləyirik. Torpaqlarımız uğrunda canını fəda etmiş şəhidlərimizin əziz ruhu qarşısında baş əyir, bu qüruru bizlərə yaşadan Ali Baş Komandanımıza, rəşadətli ordumuzun igid oğullarına təşəkkür edirik. Gözün aydın, Azərbaycan!”.
QAŞQAY

Paylaş:
Baxılıb: 651 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31