Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Vüqar Seyidov: Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilib

Vüqar Seyidov: Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilib

15.12.2020 [09:45]

“Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad olunması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilib. Bu tarixi hadisədir. Xüsusən də Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə belə atılmadan, şəhid verilmədən geri alınması çox böyük uğurdur. Çünki ermənilər Laçın və Kəlbəcəri tərk etmək barədə fikirləşmirdilər. İşğalçı Ermənistan bu iki rayonda qeyri-qanuni məskunlaşdırma aparmış, hətta 10 mindən çox əhalini Laçın rayonunda yerləşdirmişdi. Belə olan təqdirdə bu adamlar heç vaxt öz xoşları ilə bu ərazilərdən çıxmazdılar”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib.
V.Seyidovun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibədə əldə etdiyimiz hərbi zəfərimiz düşmənin məğlubiyyətini qəbul etməsinə səbəb oldu: “Onlar ərazilərimizdən çıxmağa, sadəcə, məcbur oldular. Laçın və Kəlbəcəri tərk edərkən isə həyata keçirdikləri vandalizm aktları ilə bir daha hansı xislətə sahib olduqlarını göstərdilər. Azərbaycan Prezidentinin xalqa müraciətində qeyd etdiyi kimi, bununla onlar bütün dünyaya öz simalarını bir daha sübut etmiş oldular. Hesab edirəm ki, onların ifşası davam edəcək”.
“Biz regionda yeni reallıqlar formalaşdırdıq, illərdir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə edilən hörmətsizliyə son qoyduq. Biz yeni nümunələr meydana gətirdik. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir ordularından biri olduğunu göstərdi. Yaratdığımız yeni reallıqları hər kəs dərk etməli və qəbul etməlidir”, - deyə V.Seyidov vurğulayıb.

Paylaş:
Baxılıb: 699 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31