Yeni Azərbaycan Partiyası yüksək nüfuza və xalq dəstəyinə malikdir
20.10.2010 [09:30]
Noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində millət vəkilliyinə namizədlər və onların vəkillərinin seçicilərlə görüşləri keçirilir. Belə görüşlərdən biri də Astarada baş tutub. Belə ki, oktyabrın 18-də Yeni Azərbaycan Partiyasının 76 saylı Lənkəran-Astara seçki dairəsindən millət vəkilliyinə namizədi Əsgərov Ziyafət Abbas oğlunun Astara rayon seçiciləri ilə görüşü keçrilib.
Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Natiq İbadov partiyanın namizədi Ziyafət Əsgərovun həyatı və fəaliyyəti barədə iştirakçılara məlumat verib. Qeyd edilib ki, Ziyafət Əsgərov 1963-cü ildə Naxçıvan MR-nın Naxçıvan (indiki Babək) rayonunun Aşağı Uzunoba kəndində anadan olub. Hərbi xidmətdən sonra Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub və oranı fərqlənmə diplomu ilə bitirib. Ziyafət Əsgərovun hüquq elminə sonsuz marağı onu elə həmin universitetin Konstitusiya hüququ kafedrasında müəllim kimi fəaliyyətə başlamasına səbəb olub. Cəmi bir il sonra həmin kafedra üzrə aspiranturaya qəbul olan Z.Əsgərov həm də namizədlik dissertasiyasını müdafiə edib.
N.İbadov onu da qeyd edib ki, Ziyafət Əsgərov 60-a yaxın elmi məqalənin, o cümlədən, “Hüquqi dövlətin qurulmasında Konstitusiyanın rolu”, “Konstitusiya hüquq normaları”, “Konstitusiya hüquq elminin mənbələrinin anlayışı və təsnifatı”, “Konstitusiyanın mahiyyəti haqqında” və sair məqalələrin müəllifidir: “O, eyni zamanda “Naxçıvan MR-ın Konstitusiya statusu” adlı monoqrafiyanı, “Konstitusiya hüququ”, “Azərbaycan dövlət və hüququnun əsasları” və sair dərs vəsaitlərini, bakalavr və magistr təhsili pillələri üçün proqramları da işləyib hazırlayıb”.
Ziyafət Əsgərovun 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olduğunu fəxrlə söyləyən YAP Astara rayon təşkilatının sədri onun elə həmin il I çağırış Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini seçildiyini bildirib: “Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini dəstəkləyən, bu siyasətin həyata keçirilməsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələn, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın Siyasi Şurasının üzvü kimi də səmərəli fəaliyyət göstərən Ziyafət Əsgərov 2005-ci ildən Milli Məclis sədrinin birinci müavini, həmçinin, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri seçilib. O, həm də Azərbaycan Respublikası Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi ölkəmizi ləyaqətlə təmsil edir”.
Ziyafət Əsgərovun Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü kimi də uğurla fəaliyyət göstərdiyini vurğulayan N.İbadov Astara sakinlərini YAP-ın 76 saylı və Lənkəran-Astara və 77 saylı Astara seçki dairəsindən olan namizədlərinə səs verməyə çağırıb.
Daha sonra seçicilər qarşısında çıxış edən millət vəkilliyinə namizəd - Ziyafət Əsgərov seçki platformasından danışmaqla yanaşı, son beş ildəki fəaliyyəti haqqında da məlumat verib. Artıq Astara rayon sakinlərinin ona çox doğma olduğunu bildirən Z.Əsgərov növbəti dəfə parlamentə seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında məlumat verib. O hətta seçilməyəcəyi təqdirdə belə vəd etdiyi işlərin həyata keçməsi üçün çalışacağını söyləyib.
Tədbirdə çıxış edən seçicilər YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Kəbutər
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

